Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Cəmiyyət / İqlim fəlakəti sürətlənib: Buzlaqların ərimə sürətində artım qeydə alınıb – VİDEO

İqlim fəlakəti sürətlənib: Buzlaqların ərimə sürətində artım qeydə alınıb – VİDEO

Alimlərdən ibarət beynəlxalq qrup Qrenlandiyadakı buzların ərimə sürətini hesablayıb və bunu 1972-ci ildən bəri itkilərə nəzər yetirməklə qiymətləndirib. Son onilliklərdə qlobal iqlim dəyişikliyinə görə buzlaqların əriməsi çox sürətlənib.
Tədqiqatçılara araşdırmaq üçün “Landsat” peykindən çəkilən fotolar kömək edib. Buzlaqların hündürlüyü, ağırlıq qüvvəsi, kütlə balansı haqqında informasiyalar əldə olunub. Məlum olub ki, 70-ci illərdə Qrenlandiyada ildə 47 giqaton buz əriyirdisə, 2000-ci illərdən sonra miqdar xeyli artıb. Bu rəqəm 187 giqatona çatıb.

İndi orada buzlar 50 il əvvəlki ilə müqayisədə 6 dəfə sürətlə əriyir. Qrenlandiya buzlarının əriməsinə görə dəniz səviyyəsi 13,7 millimetr yüksəlib./Bizimyol.info


Həmçinin oxuyun

Son damla qanına qədər Kəlbəcərdə qalmalı olan keşiş dabanına tüpürüb İrəvana qaçdı

Erməni xalqı cəbhədə və masa arxasındakı rüsvayçı məğlubiyyətdən bütün müstəvilərdə öz nəsibini alır. Xalq olaraq …