Ana səhifə / Cəmiyyət /  ” İqbal Ağazadə E. Mahmudovun köməyilə  ” Ağ şəhər”də binalar tikib satırdı”

 ” İqbal Ağazadə E. Mahmudovun köməyilə  ” Ağ şəhər”də binalar tikib satırdı”

Azinforum.az xəbər verir ki, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Tərəfdar.az saytına açıqlamasında  Ümid Partiyasının sədri İqbal Ağazadənin  ünvanına sərt ittihamlar səsləndirib və onun yenidən deputat olmaq istəməsini  malik olduğu böyük tikinti biznesini itirmək istəməməsilə  izah edib:

” E. Mahmudovun köməyilə dənizin kənarında ” Ağ şəhər”  tərəfdə binalar tikib satırdı. O binalardan böyük paralar qazanırdılar. İndi biznesini itirməkdən qorxur. Düşünürəm ki, qısa müddətdə millətdə saflaşma getməlidir. Hakimiyyətə və parlamentə içində milli qüruru olanlar gəlməlidir. Nə qədər ki, kəşfiyyat orqanları ilə əlaqədə olan siyasətçilər ortada olacaq, Azərbaycan heç zaman düzəlməyəcək”.
Hafiz Hacıyev onu da əlavə edib ki, indiki siyasilərimizin bir hissəsi E. Mahmudova bağlı adamlardır:
“Həmin siyasiləri MTN-ə calayan İ. Ağazadə olub. Hazırda MM -də İ. Ağazadənin yolunu gedən bir deputat da var. Amma hələlik adını çəkməyəcəm. Zamanı gələndə deyəcəm. Oda siyasiləri aparıb hakmiyyətin müəyyən qanadlarına satır. Belə işlərlə məşğul olurlar. Bütün bu işlərin başında duran da i. Ağazadədir. Mən İ.Ağazadənin özünə də demişəm ki, sənin mövqeyi yanlışdır. Milli maraqlarımıza ziddir. Sən satqın adamsan. O, pul qazanmaq üçün hər şeyə gedən adamdı. Zanman-zaman gedib də. Düşünürəm ki, İ. Ağazadəyə önəm verməyə dəyməz. E. Mahmudov gedib, adamlarının da bir hissəsi gedib. Bir hissəsi isə dirəniş göstərib, qalıb. Hesab edirəm ki, İ.Ağazadə bundan sonra tarixin arxivinə gedəcək”.

Səslənən ittihamlara İqbal Ağazadə bir cümlə ilə cavab verib: “Mən bu cür qeyri ciddi məsələlərə münasibət bildirmirəm”.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın