Cümə , Oktyabr 7 2022
Ana səhifə / Cəmiyyət / İnternet üzərindən avtomobil almaq istəyən şəxslərin nəzərinə – VİDEO
Salesman handing over car keys in dealership

İnternet üzərindən avtomobil almaq istəyən şəxslərin nəzərinə – VİDEO

Avtomobil almaq istəyən Göygöl sakini aldadılıb.

İnternetdə maşın elanı görən Göygöl sakini Sübhan Məmmədov onun ucuzluğuna aldanaraq tez almaq istəyib. O, guya Ağstafada yaşayan “satıcı” Şəhriyar ilə 2000 manat qiymətdə razılığa gəlib. Satıcı sonra isə onun inamından sui-istifadə edərək bank kartına 1200 manat göndərməsini istəyib.

Maşını almaq üçün Ağstafaya gedən Sübhan Məmmədov orada “satıcıya” zəng çatmadığını görərək aldadıldığını başa düşüb və tədbir görmək qərarına gəlib. O, 102 xidmətinə və yerli polis şöbəsinə müraciət edib.

Məlum olub ki, ona qarşı dələduzluq edərək 1200 manatını mənimsəyən şəxs Bakı şəhər sakini Racov Elxan Teyyub oğludur. Hazırda fakt araşdırılır.

Həmçinin oxuyun

AYB sədri qurultayın niyə keçirilmədiyinə aydınlıq gətirdi

Azərbaycan Yazıçılar Birliyinin (AYB) qurultayının keçirilməsi üçün vəsait köçürülməlidir. Bunu AYB sədri, Xalq yazıçısı Anar …