Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / “İNTER TOBACCO” BALAKƏNDƏ KƏNDLİYƏ BELƏ ZÜLM EDİR – VİDEO

“İNTER TOBACCO” BALAKƏNDƏ KƏNDLİYƏ BELƏ ZÜLM EDİR – VİDEO

Balakən rayon sakini, birinci qrup gözdən əlil Əhməd Bodurov Millətim.info-ya becərdiyi tütünü sata bilməməsindən gileylənib.  Şikayətçinin sözlərinə görə,  “İnter Tobacco”nun prezidenti Fazil Rüstəmov kəndçilərlə imzalanan  müqavilə şərtlərini pozaraq, tütünü aşagı qiymətə öz adamlarına təhvil verməyi təklif edir.Yığılmış məhsulun qəbulu gecikdirildiyindən tonlarla tütün xarab olaraq atılmalı olur. Bu da fakt… Baxacagınız videosüjet aqrar sahəyə məhsul olan şəxslərin ölkə vətəndaşlarına sözün əsl mənasında  necə zülm  verdiyinin bariz nümünəsi sayıla bilər.

Qeyd etmək istəyirik ki, Prezident İlham Əliyev ölkənin sosial-iqtisadi inkişaf perspektivləri ilə bağlı etdiyi proqram xarakterli çıxışlarında  daima Azərbaycanın post-neft dönəminə qədəm qoyduğunu bəyan edib. Ölkə başçısı  vəziyyətdən daha uğurlu çıxış yolu kimi qeyri- neft sektorunun sürətli inkişaf etdirilməsini zəruri zayır və bu istiqamətdə maneələrin aradan qaldırılması ilə bağlı məmurlara sərt göstərişlər verir. Xüsusilə də, kənd təsərrüfatının maksimum inkişafının zəruri olduğu qeyd olunur. Ancaq görünür, Balakəndəki bu sahəyə məsul olan qurumlar tamamilə başqa istiqamətdə fəaliyyət göstərirlər. Videoda əks edilən faktlarla bağlı “İnter Tobacco”nun mövqeyini öyrənmək cəhdlərimiz alınmadı. Onları da dinləməyə hazırıq.

 

t1

Nicat

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın