Bazar , Oktyabr 25 2020
Ana səhifə / Cəmiyyət / İnsanların kütləvi iştirak etdiyi yas mərasimlərinə qatılan mollalar cəzalandırılacaq — RƏSMİ

İnsanların kütləvi iştirak etdiyi yas mərasimlərinə qatılan mollalar cəzalandırılacaq — RƏSMİ

Rayonlarda vətəndaşlar koronavirusun yayılması təhlükəsinə diqqət yetirməyərək yas mərasimlərində kütləvi toplaşma hallarına yol veriblər.


Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

 
M.Qurbanlı bildirib ki, bununla bağlı məlumatlar toplanılıb.


Bütün din xadimlərinə isə dəfn mərasimi istisna olmaqla insanların kütləvi iştirak etdiyi yas məclislərinə qatılmamaqla bağlı qəti tapşırıq verilib.

 
Komitə sədri deyib ki, virusa yoluxma riski bu cür kütləvi toplantılarda daha çox olur. Odur ki, kütləvi mərasimlərdə iştirak edən din xadimlərini ciddi cəza gözləyir.

 
Qeyd edək ki, ölkə ərazisində dəfn mərasimləri məhdud sayda, yaxın qohumların iştirakı ilə və sosial məsafəyə riayət edilməklə həyata keçirilməlidir. Qapalı, yaxud açıq məkanlarda ehsan verilməsi və başsağlığı məclislərinin təşkili isə qadağandır.(pravda.az)

Həmçinin oxuyun

“General Həzi Aslanov” tankeri yedəklə limana çəkilib

Azov dənizindəki partlayış nəticəsində zərər görən “General Həzi Aslanov” tankeri “Kavkaz” limanı ərazisindəki lövbərə aparılıb.“RİA …