Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət /  İNSANLARI ALDADARAQ MİYONLARLA DƏYƏRİ OLAN ƏMLAKLARI ƏLƏ KEÇİRƏN DƏSTƏ ÜZVLƏRİ ŞƏRTİ İŞLƏ MƏSULİYYƏTDƏN YAXA QURTARA BİLƏRLƏR – ŞİKAYƏT

 İNSANLARI ALDADARAQ MİYONLARLA DƏYƏRİ OLAN ƏMLAKLARI ƏLƏ KEÇİRƏN DƏSTƏ ÜZVLƏRİ ŞƏRTİ İŞLƏ MƏSULİYYƏTDƏN YAXA QURTARA BİLƏRLƏR – ŞİKAYƏT

Bakı şəhərində bir çox insanların etibarından istifadə edərək onların külli miqdarda əmlakını ələ keçirən qadınlardan ibarət dəstənin məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində davam etdirilir. Ancaq redaksiyamıza müraciət edən bir qrup zərərçəkən məhkəmənin gedişatından narazılıq ifadə edirlər. Onların sözlərinə görə, həmin qadınları hansısa gözəgörünməz əl müdafiə edir. Zərəçəklərdən bəziləri saytımıza açıqlamalarında bildiriblər ki,  təqsirləndirilən Hüseynova  Reyhan  Musa qızının oğlu və qızı da bu cinayət işində birbaşa iştirakçı olsalar da, onları məsuliyyətə cəlb etməyiblər. Zərərçəkən  Sadıxova Səkinə bildirir ki, Reyhan Hüseynovanın hazırda azadlıqda olan qızı açıq deyir ki, anasını içərdə “koraleva” kimi yaşadır:

Biz Azinforum.az olaraq, zərərçəkənlərin bu dəstənin hansı əməllərindən zərər çəkdikləri ilə bağlı bizə ünvanladıqları məktubu olduğu kimi təqdim edirik:

“Bu şəxslər bizim hamımıza qarşı mütəçəkkil dəstə şəkilacində uzun illər boyu dələduzlnsuq əməlləri törətmişlər, bizim evlərimizi əlimizdən almışdılar, sələmə pul verməklə məşqul olmuşdular. Bu azmış kimi, hələ özlərini məsum insanlar kimi mətbuatda təqdim etməyə və bizi şərləməyə başlamışdılar. Onları MTN deyil, Prokurorluq orqanları ifşa edib və məsuliyyətə cəlb edib. Əksinə, MTN-də onlar əyri yollarla yaxalarını məsuliyyətdən yayındırmışdılar. İndi yalandan özlərini Akif Covdarovun qurbanları kimi qələmə verib növbəti dəfə ictimaiyyəti aldadıb, özlərini təmizə çıxarmaq istəyirlər. Bu işi işıqlandırmaq istəyirsinizsə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Hüseynovun sədrliyi ilə keçirilən bu şəxslərin muhakimə olunmasına dair açıq məhkəmə iclaslarına gəlib ətraflı material toplaya bilərsiniz və buna əsasən ictimaiyyətə duzgün məlumat verə bilərsiniz. Əks halda, sizin məlumatlar qərəzli, birtərəfli olacaq. Bu etirazımızı saytınızda yerləşdirməyinizi xahiş edirik.

140106016 saylı cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.1,178.3.2 və 29,178.3.1,29,178.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Rüstəmova  Ceyran  Mikayil qızı tanışları  Gülməmmədova  Mətanət İnqlab qızı, Hüseynova  Reyhan  Musa qızı, Namazov     Sakit    Çapay    oğlu,   əri    Rəsulov  Yaşar  Bəxtiyar  oğlu  və  bacısı Rüstəmova  Kəmalə Mikayil qızı ilə birlikdə  çoxsaylı şəxslərin əmlakını ələ keçirmək məqsədilə Rüstəmova  Ceyran Mikayil qızının təşkilatçısı  olduğu mütəşəkkil dəstədə sabit cinayətkar qrup halında birləşib dəfələrlə hədə-qorxu  ilə tələb etmə və dələduzluq yolu ilə özgənin külli miqdarda  əmlakını ələ keçirməyə  cəhd etmişdir.

Belə ki, Rüstəmova  Ceyran Mikayil qızı, Hüseynova  Reyhan Musa qızı ilə mütəşəkkil  dəstədə  sabit   cinayətkar  qrup  halında  birləşərək  ümumi cinayət niyyətlərini reallaşdırmaq üçün Sadıxova Səkinə Fərrux qızının külli miqdarda  əmlakını hədə-qorxu ilə tələb etmə yolu ilə ələ  keçirmək  məqsədilə  dəstə üzvü Reyhan Hüseynova ilə qabaqcadan razılaşdırdıqları  plan  üzrə  sonuncu  vasitəsilə  tanıdığı  Sadıxova Səkinə  Fərrux qızına 2008-ci ilin may ayında 5%-lə  sələmə verdiyi  20000 (iyirmi min) manat pulu iki il müddətində faizləri ilə birlikdə 32000 (otuz iki min) manat məbləğində geri aldiqdan sonra Səkinə  Sadıxovanın  həmin borcu  guya gec gaytardığını  bəhanə  edib 2010-cu ilin yanvar ayında Səkinə Sadıxovanın yaşadığı Bakı şəhəri ,Nəsimi rayonu , M.Qaşqay küçəsi ev 28 mənzil 24 ünvanına Reyhan Hüseynova  ilə birlikdə  gələrək sonuncu vasitəsilə  Səkinə Sadıxovanın  oğlu Sadıxov  Səməd  Elçin oğlunu oğurlayacağı , habelə Sakinə Sadıxova  və sonuncun digər ailə üzvlərinin həyatı üçün təhlükə yaradacağı  kimi Səkinə Sadıxovanın və onun yaxın qohumlarının şəxsiyyəti  üzərində zor göstərmə hədəsi ilə 90000 (doxsan min) manat  pulunu  hədə-qorxu  ilə  tələb edib  2010-cu ilin yanvar ayından  etibarən davamlı olaraq iyirmi ay müddətində hər ay 4500 (dörd min beş yüz) manat olmaqla  cəmi 90000 (doxsan  min) manat pulunu , 2013-cü ilin yay aylarında 80000 (səksən min) manat pulunu, yəni  külli miqdarda əmlakını ələ keçirməklə hədə-qorxu ilə tələb etmə cinayətini törətmişdir.

 

Bundan başqa, Hüseynova Reyhan Musa qızı Rüstəmova Ceyran Mikayıl qızı ilə mütəşəkkil dəstədə sabit cinayətkar qrup halında birləşib ümumi cinayət niyyətlərini davam etdirərək Sadıxova Səkinə Fərrux qızının külli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə qabaqcadan razılaşdırdıqları plan üzrə 01 noyabr 2013-cü il tarixdə Bakı şəhəri, 35 saylı dövlət notariat kontorunda Sadıxova Səkinəyə bir aylıq müddətə 100000 (yüz min) manat pulun borc verilməsi ilə bağlı sonuncu ilə aralarında həqiqi niyyətə uyğun olmayan məzmunda kredit (borc) müqaviləsi və həmin müqavilənin təminatı olaraq ipoteka (girov) müqaviləsi bağlanmasına, habelə Sadıxova Səkinənin mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Əbdülrəhim Haqverdiyev küçəsindəki 3 saylı binanın 16 saylı mənzilini girov qoymaqla 160000 (yüz altmış min) manat pul verəcəyi adı ilə Rüstəmova Kəmalə Mikayıl qızının adından etibarnamə əsasında çıxış etmiş dəstənin təşkilatçısı Ceyran Rüstəmova ilə Səkinə Sadıxova arasında tərəflərin həqiqi niyyətinə uyğun olmayan və Səkinə Sadıxovanın iradəsini ifadə etməyən, yəni aldatma yolu ilə bağlanmış hüquqi nəticələrə səbəb olmayan məzmunda alqı-satqı müqaviləsinin bağlanmasına bail olmaqla Səkinə Sadıxovaya məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Haqverdiyev küçəsindəki, 3 saylı evin ümumi sahəsi 40,33 kv.m. olan iki otaqlı 16 nömrəli mənzilin Rüstəmova Kəmalə Mikayıl qızının mülkiyyətinə küçməsinə nail olmuşdur.

Bundan əlavə, Rüstəmova  Ceyran Mikayil qızı, Gülməmmədova Mətanət  İnqlab qızı və Hüseynova Reyhan Musa qızı ilə mütəşəkkil dəstədə  sabit  cinayətkar qrup halında  birləşib  ümumi cinayət niyyətlərini  davam etdirərək  Babayeva Xavər Məmmədrəhim qızının dələduzluq yolu ilə külli miqdarda əmlakını ələ keçirmək məqsədilə qabaqcadan razılaşdırdıqları plan üzrə sonuncunun mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Xaqan Dadaşov küçəsi 40a saylı ünvanında yerləşən 1 saylı evinin   girovda olması ilə əlaqədar “Amrahbank” ASC-yə olan 67505 (altmış yeddi min beş yüz beş) manat  borcunu ödəyərək faktiki 5%-lə sələmə verdiyi həmin pula görə 100000 (yüz min) manat alacağı barədə razılaşmaqla Xavər Babayevin etibarını qazanaraq əmlakının əvəzsiz və qanunsuz olaraq dəstə üzvü Reyhan  Hüseynovanın mülkiyyətinə keçirilməsinə yönəlmiş niyyətini gizlədib həmin evi yenidən girov qoymaqla bankdan  200000 (iki yüz min) manat  pul götürücəyini vəd edərək 08 dekabr 2012-ci il tarixdə Bakı şəhəri 10 saylı dövlət notariat kontorunda Babayeva Xavər Məmmədrəhim qızı və dəstə üzvü Hüseynova Reyhan Musa qızı  arasında tərəflərin həqiqi  niyyətinə uyğun olmayan və Xavər Babayevanın iradəsini ifadə etməyən, yəni aldatma yolu ilə bağlanmış, hüquqi nəticələrə səbəb olmayan məzmunda alqı-satqı müqaviləsinin bağlanmasına nail olaraq Xavər Babayevaya  məxsus  08 dekabr 2012-ci il tarixə orta bazar qiyməti təxminən 210000 (iki yüz on min) manat dəyərində olan Bakı şəhəri , Yasamal rayonu, Xaqan Dadaşov küçəsi 40a, mənzil 1 ünvanında yerləşən iki mərtəbəli,ümumi sahəsi 254.5 kv.m., yaşayış sahəsi 119 kv.m. olan beş otaqlı fərdi yaşayış evinin 13 mart 2013-cü il tarixdə əvəzsiz və qanunsuz olaraq dəstə üzvü Hüseynova Reyhan Musa qızının mülkiyyətinə keçməsini təşkil edib aldatma və etibardan sui-istifadə etmə yolu ilə külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq cinayətini törətmişdir.

c4

Bundan əlavə,Rüstəmova Ceyran Mikayıl qızı, Gülməmmədova Mətanət İnqlab qızı və Rəsulov Yaşar Bəxtiyar oğlu ilə mütəşəkkil dəstədə sabit cinayətkar qrup halında birləşib ümumi cinyətb niyyətlərini davam etdirərək Əliyeva Bahar Nadir qızının dələduzluq yolu ilə külli miqdarda əmlakını ələ keçirmək məqsədilə qabaqcadan razılaşdırdıqları plan üzrə sonuncuya mülkiyyətində olan Abşeron rayonu Novxanı kəndində yerləşən fərdi yaşayış evini girov qoymaqla 30000 (otuz min) manat pul verəcəyini vəd edərək 15 mart 2013-cü il tarixdə Abşeron rayonu 2 saylı dövlət notariat kontorunda   Əliyeva Bahar Nadir qızı və mütəşəkkil dəstə tərkibində cinayətkar fəaliyyətə cəlb edilmiş dəstə üzvü Rəsulov Yaşar Bəxtiyar oğlu arasında tərəflərin həqiqi niyyətinə uyğun olmayan və Bahar Əliyevanın iradəsini ifadə etməyən, hüquqi nəticələrə səbəb olmayan məzmunda, yəni aldatma yolu ilə bağlanmış alqı-satqı müqaviləsi əsasında Bahar Əliyevaya  məxsus 15 mart 2013-cü il tarixə orta bazar qiyməti təxminən 226000 (iki yüz iyirmi altı min) manat dəyərində olan Abşeron rayonu,Novxanı kəndində 0.04 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 214.1kv.m, yaşayış sahəsi 157.6,kv.m olan biri altı otaqlı iki mərtəbəli, digəri  iki otaqlı bir mərtəbəli olmaqla 02 ədəd fərdi yaşayış evi və 0.04 ha torpaq sahəsinin 27 iyun 2013-cü il tarixdə əvəzsiz və qanunsuz olaraq dəstə üzvü Rəsulov Yaşar Bəxtiyar oğlunun mülkiyyətində keçməsinə nail olmaqla, habelə evinin satılmasından xəbərdar olmayan  Bahar Əliyevaya  ehtiyacı olduğu 21600 (iyirmi bir min altı yüz) manat pulu sələmə verməklə sonuncunun etibarını qazanaraq  həmin pulun faizləri adı ilə əlavə olaraq 23900 (iyirmi  üç min doqquz yüz) manat pulunu aldatma və etibardan  sui-istifadə etmə yolu ilə ələ keçirərək külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq cinayətini törətmişdir.

Bundan başqa, Rüstəmova  Ceyran Mikayil qızı Gülməmmədova Mətanət İnqlab qızı və Rəsulov Yaşar Bəxtiyar oğlu ilə mütəşəkkil dəstədə sabit cinayətkar qrup halında birləşib ümumi cinyət niyyətlərini davam etdirərək Əliyeva Bahar Nadir qızının dələduzluq yolu ilə külli miqdarda əmlakını ələ keçirmək məqsədilə qabaqcadan razılaşdırdıqları plan üzrə sonuncunun mülkiyyətində olan Abşeron rayonu Novxanı kəndində yerləşən fərdi yaşayış evini girov qoymaqla 30000 (otuz min) manat pul verəcəyini vəd edərək 15 mart 2013-cü il tarixdə Abşeron rayonu 2 saylı dövlət notariat kontorunda   Əliyeva Bahar Nadir qızı və mütəşəkkil dəstə tərkibində cinayətkar fəaliyyətə cəlb edilmiş dəstə üzvü Rəsulov Yaşar Bəxtiyar oğlu arasında tərəflərin həqiqi niyyətinə uyğun olmayan və Bahar Əliyevanın iradəsini ifadə etməyən, hüquqi nəticələrə səbəb olmayan məzmunda, yəni aldatma yolu ilə bağlanmış alqı-satqı müqaviləsi əsasında Bahar Əliyevaya  məxsus 15 mart 2013-cü il tarixə orta bazar qiyməti təxminən 226000 (iki yüz iyirmi altı min) manat dəyərində olan Abşeron rayonu,Novxanı kəndində 0.04 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 214.1kv.m, yaşayış sahəsi 157.6,kv.m olan biri altı otaqlı iki mərtəbəli, digəri  iki otaqlı bir mərtəbəli olmaqla 02 ədəd fərdi yaşayış evi və 0.04 ha torpaq sahəsinin 27 iyun 2013-cü il tarixdə əvəzsiz və qanunsuz olaraq dəstə üzvü Rəsulov Yaşar Bəxtiyar oğlunun mülkiyyətində keçməsinə nail olmaqla, habelə evinin satılmasından xəbərdar olmayan  Bahar Əliyevaya  ehtiyacı olduğu 21600 (iyirmi bir min altı yüz) manat pulu sələmə verməklə sonuncunun etibarını qazanaraq  həmin pulun faizləri adı ilə əlavə olaraq 23900 (iyirmi  üç min doqquz yüz) manat pulunu aldatma və etibardan  sui-istifadə etmə yolu ilə ələ keçirərək külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq cinayətini törətmişdir.

 

Bundan əlavə, Rüstəmova Ceyran Mikayıl qızı Gülməmmədova Mətanət İnqlab qızı ilə müttəşəkkil dəstədə sabit  cinayətkar qrup halında  birləşərək ümumi  cinayət  niyyətlərini reallaşdırmaq üçün Məmmədov Bəxtiyar Lətif oğlunun dələduzluq yolu ilə külli miqdarda  əmlakını ələ keçirmək məqsədilə qabaqcadan razılaşdırdıqları  plan üzrə 18 noyabr 2010-cu il tarixdə  Bakı şəhəri  18 saylı  dövlət notariat kontorunda  sonuncuya altı aylıq müddətə  30 000  (otuz min)  manat  pulun borc verilməsi  ilə bağlı onunla Bəxtiyar Məmmədov  arasında  tərəflərin  həqiqi  niyyətinə uyğun olmayan məzmunda kredit (borc) müqaviləsi  və həmin  müqavilənin təminatı olaraq ipoteka (girov) müqaviləsi bağlanılmasına nail olmaqla Bəxtiyar  Məmmədovun əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə yönəlmiş niyyətini gizlədib faktiki Bəxtiyar Məmmədovun ehtiyacı olduğu 5000 (beş min) manat pulu 5%-lə sələmə verməklə sonuncunun etibarını qazanaraq həmin pulun əvvəlcədən razılaşdıqları faizləri ilə birlikdə 7300 (yeddi min üç yüz) manatını geri aldıqdan sonra cinayətkar niyyətini başa çatdırmaq üçün Bəxtiyar Məmmədovun  iradəsini ifadə etməyən, yəni aldatma yolu ilə bağlanmış, hüquqi nəticələrə səbəb olmayan kredit və ipoteka müqavilələrindən istifadə etməklə Bəxtiyar Məmmədova məxsus 18 noyabr 2010-cu il tarixə orta bazar qiyməti təxminən 51000 (əlli bir min) manat dəyərində olan Bakı şəhəri.Xətai rayonu, Nəsrəddin Tusi küçəsində yerləşən doqquz mərtəbəli 14 saylı binanın ikinci mərtəbəsində yerləşən ümumi sahəsi 48.15, yaşayış sahəsi 30.15 kv.m olan iki otaqlı 39 saylı mənzilini 22 iyul 2013-cü il tarixdə öz mülkiyyətinə keçməsinə nail olaraq aldatma və etibardan sui-istifadə etmə yolu külli miqdarda ziyan vurmaqla  təkrar dələduzluq  cinayətini törətmiş, habelə Bəxtiyar Məmmədovun  yuxarıda göstərilən kredit (borc) müqaviləsində qeyd edilmiş 30000 (otuz min) manat pulunu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirməyə çalışaraq külli miqdarda ziyan vurmaqla  təkrar dələduzluq cinayətini törətməyə cəhd etmiş, lakin iradəsindən asılı olmayan səbəblərə görə, yəni cinayət məsuliyyətinə cəlb edilməklə barəsində həbs qətimkan tədbiri seçildiyindən cinayət əməlini başa çatdıra bilməmişlər.

Bundan əlavə, Rüstəmova Ceyran Mikayıl qızı Gülməmmədova Mətanət İnqlab qızı  və Namazov Sakit Çapay oğlu ilə mütəşəkkil dəstədə sabit cinayətkar qrup  halında birləşib ümumi cinayət niyyətlərini davam etdirərək  Şükürov Gülməmməd Şükür  oğlunun dələduzluq yolu ilə külli miqdarda əmlakını ələ eçirmək məqsədilə qabaqcadan razılaşdırdıqları plan üzrə 07 fevral 2011-ci  il taixdə Bakı şəhəri 19 saylı dövlət notariat kontorunda sonuncuya altı aylıq müddətə 10000 ( on min ) manat pulun borc verilməsi ilə bağlı mütəşəkkil dəstə tərkibində cinayətkar  fəaliyyətə  cəlb edilmiş digər dəstə üzvü Sakit Namazovla Gülməmməd Şükürov arasında tərəflərin həqiqi niyyətini uyğun olmayan məzmunda kredit (borc) müqaviləsi və 14 fevral 2011-ci il tarixdə həmin müqavilənin təminatı olaraq ipoteka (girov) müqaviləsi bağlanılmasına nail olmaqla Gülməmməd Şükürovun əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə yönəlmiş niyyətini gizlədib faktiki Gülməmməd Şükürova ehtiyacı  olduğu 5000 (beş min) manat 5%-lə sələmə verməklə sonuncunun etibarını qazanaraq həmin pulun əvvəlcədən razılaşdıqları faizləri ilə birlikdə 3550 (üç min beş yüz əlli) manatını geri aldıqdan sonra cinayətkar niyyətini başa çatdırmaq üçün Gülməmməd Şükürovun iradəsini ifadə etməyən, yəni aldatma yolu ilə bağlanmış, hüquqi nəticələrə səbəb olmayan kredit və ipoteka müqavilələrindən isytifadə etməklə paylı mülkiyyət hüququ üzrə Gülməmməd Şükürova  məxsus 14 fevral 2011-ci il tarixə orta bazar qiyməti təxminən 27000 (iyirmi yeddi min) manat dəyərində olan Bakı şəhəri,Yasamal rayonu, M.F.Axundov küçəsi dalan 9,ev 5 ünvanında yerləşən bir mərtəbəli, ümumi sahəsi 29.5 kv.m, yaşayış sahəsi 12.9 kv.m olan bir otaqlı fərdi yaşayış evini 01 noyabr 2013-cü il tarixdə dəstə üzvü Namazov Sakit Çapay oğlunun mülkiyyətinə keçməsini təşkil edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq cinayətini törətmiş, habelə Gülməmməd Şükürovun yuxarıda göstərilən kredit (borc) müqaviləsində qeyd edilmiş 10000 (on min)  manat və əldən çıxmış faydı adı ilə əlavə 3000 (üç min)  manat olmaqla cəmi 13000 (on üç min) manat məbləğində pulunu aldatma  və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirməyə  çalışaraq külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq cinayətini törətməyə cəhd etmiş, lakin iradəsindən asılı  olmayan səbəblərə görə, yəni cinayət məsuliyyətinə cəlb edilməklə barəsində həbs qətimkan tədbiri seçildiyindən cinayət əməlini başa çatdıra  bilməmişlər.

Bundan sonra Rüstəmova Ceyran Mikayıl qızı, Gülməmmədova Mətanət İnqlab qızı  və Rüstəmova Kəmalə Mikayıl qızı ilə mütəşəkkil dəstədə sabit cinayətkar qrup halında birləşib ümumi cinayət  niyyətlərini davam etdirərək Abdulov Hüseyn Rafiq oğlunun dələduzluq yolu ilə külli miqdarda əmlakını ələ keçirmək məqsədilə qabaqcadan razılaşdırdıqları plan üzrə 22 iyun 2011-ci il tarixdə Bakı şəhəri 21 saylı dövlət notariat kontorunda Abdulov Hüseyn Rafiq oğluna üç aylıq müddətə 20000 (iyirmi min) manat pulun borc verilməsi ilə bağlı mütəşəkkil dəstə tərkibində cinayətkar fəaliyyətə cəlb edilmiş digər dəstə üzvü Rüstəmova Kəmalə Mikayıl qızı ilə Abdulov Hüseyn Rafiq oğlu adından etibarnamə əsasında çıxış  etmiş  Məstənova Elmira Kərim qızı arasında tərəflərin həqiqi niyyətinə uyğun olmayan məzmunda kredit (borc) müqaviləsi və həmin müqavilənin təminatı olaraq ipoteka (girov) müqaviləsi bağlanılmasına nail olmaqla Hüseyn Abdulovun əmlakının əvəzsiz və qanunsuz olaraq dəstə üzvü Kəmalə Rüstəmovanın mülkiyyətinə keçirilməsinə yönəlmiş niyyətinə gizlədib faktiki Elmira Məstanovaya ehtiyacı olduğu  5500 (beş min beş yüz) manat pulu 5%-lə sələmə verməklə sonuncunun etibarını qazanaraq həmin pulun əvvəlcədən razılaşdıqları faizləri ilə birlikdə 4700 (dörd min yeddi yüz) manatını geri aldıqdan sonra cinayətkar niyyətini başa çatdırmaq üçün Hüseyn Abdulov və Elmira Məstanovanın iradəsini ifadə etməyən, yəni aldatma yolu ilə  bağlanmış, hüquqi nəticələrə səbəb olmayan kredit və ipoteka müqavilələrindən istifadə etməklə  Hüseyn Abdulova məxsus 14 fevral 2011-ci il tarixə orta bazar qiyməti təxminən 3 3000 (otuz üç min) manat dəyərində olan Bakı şəhəri,Yasamal rayonu, Akademik Qarayev küçəsi, dalan 3, ev 4 ünvanında yerləşən bir mərtəbəli, ümumi sahəsi 29.4 kv.m olan iki otaqlı fərdi yaşayış evini 22 iyun 2013-cü il tarixdə Rüstəmova Kəmalə Mikayıl qızının mülkiyyətinə keçməsini təşkil edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq cinayətini törətmiş, habelə Hüseyn Abdulovun yuxarıda göstərilən kredit ( borc) müqaviləsində qeyd edilmiş 20000 (iyirmi min) manat pulunu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirməyə çalışaraq külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq cinayətini törətməyə cəhd etmiş, lakin iradəsindən asılı  olmayan səbəblərə görə,yəni cinayət məsuliyyətinə cəlb edilməklə barəsində həbs qətimkan tədbiri seçildiyindən cinayət əməlini başa çatdıra bilməmişlər.

Daha sonra Rüstəmova Ceyran Mikayıl qızı Gülməmmədova Mətanət İnqlab qızı və Hüseynova Reyhan Musa qızı ilə mütəşəkkil dəstədə sabit cinayətkar qrup halında birləşib ümumi cinayət niyyətlərini davam etdirərək Kərimova Mehriban Yafəz qızı və Kərimov Samir Ağakərim oğlunun dələduzluq yolu ilə külli miqdarda əmlakını ələ keçirmək məqsədilə qabaqcadan razılaşdırdıqları plan üzrə 02 avqust 2012-ci il tarixdə Bakı şəhəri  32 saylı dövlət notariat kontorunda Kərimova Mehriban Yafəz qızına bir aylıq müddətə 50000 (əlli min) manat  pulun borc verilməsi ilə bağlı dəstə üzvü Hüseynova Reyhan Musa qızı  ilə Mehriban Kərimova arasında tərəflərin həqiqi niyyətinə uyğun olmayan məzmunda kredit  (borc) müqaviləsi və həmin müqavilənin təminatı olaraq ipoteka (girov)  müqaviləsi bağlanılmasına nail olmaqla Samir Kərimovun əmlakının əvəzsiz və qanunsuz olaraq dəstə üzvü Reyhan Hüseynovanın mülkiyyətinə keçirilməsinə yönəlmiş niyyətini gizlədib faktiki Mehriban Kərimovanın ehtihacı olduğu 10000 (on min) manat  pulu 5%-lə sələmə verməklə sonuncunun etibarını qazanaraq həmin pulun əvvəlcədən razılaşdıqları faizləri ilə birlikdə 12500 (on iki min beş yüz) manatını geri aldıqdan sonra cinayətkar niyyətini başa çatdırmaq üçün Mehriban Kərimovanın iradəsini ifadə etməyən,yəni aldatma yolu ilə bağlanmış, hüquqi nəticələrə səbəb olmayan kredit və ipoteka müqavilələrindən istifadə etməklə sonuncunun əri Samir Kərimova məxsus 02 avqust 2012-ci il tarixə orta bazar qiyməti təxminən 43000 (qırx üç min) manat dəyərində olan Bakı şəhəri, Yasamal rayonu, General Əzizbəyov küçəsində  yerləşən üç mərtəbəli 12 saylı binanın üçüncü mərtəbəsində yerləşən ümumi sahəsi 24 kv.m olan iki otaqlı  16 saylı mənzilini, habelə Mehriban Kərimovanın yuxarıda göstərilən kredit (borc) müqaviləsində qeyd edilmiş 50000  (əlli min) manat pulunu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirməyə çalışaraq  külli  miqdarda ziyan  vurmaqla təkrar dələduzluq cinayətini törətməyə cəhd etmiş, lakin iradəsindən asılı olmayan səbəblərə görə, yəni cinayət məsuliyyətinə cəlb edilməklə barəsində həbs  qətimkan  tədbiri seçildiyindən cinayət əməlini başa çatdıra bilməmişlər.

Bundan əlavə, Rüstəmova  Ceyran Mikayil qızı  Gülməmmədova Mətanət İnqlab qızı və Rəsulov Yaşar Bəxtiyar oğlu ilə mütəşəkkil dəstədə sabit cinayətkar  qrup halında birləşib ümumi cinayət niyyətlərini davam etdirərək Rəhimov Ələkbər Səftər oğlunun külli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə qabaqcadan razılaşdırdıqları plan üzrə 17 mart 2013-cü il tarixdə Bakı şəhəri 32 saylı dövlət notariat kontorunda sonuncuya iki aylıq müddətə 70000 (yetmiş min) manat pulun borc verilməsi ilə bağlı mütəşəkkil dəstə tərkibində cinayətkar fəaliyyətə cəlb edilmiş dəstə üzvü Rəsulov Yaşar  Bəxtiyar oğlu  ilə Ələkbər Rəhimov  arasında  tərəflərin həqiqi niyyətinə uyğun olmayan məzmunda kredit  (borc) müqaviləsi və həmin müqavilənin təminatı  olaraq  ipoteka (girov) müqaviləsi bağlanılmasına nail olmaqla Ələkbər Rəhimovun əmlakının əvəzsiz və qanunsuz olaraq əri Yaşar Rəsulovun mülkiyyətinə keçirilməsinə yönəlmiş niyyətini gizlədib faktiki Ələkbər Rəhimovun kürəkəni Əhmədov Etibar Əli oğluna ehtiyacı olduğu 26000 (iyirmi altı min) manat pulu 5%-lə sələmə verməklə sonuncuların etibarını qazanaraq həmin puldan əvvəlcədən razılaşdıqları faizləri ilə birlikdə 24600 (iyirmi dörd min altı yüz) manatını aldıqdan sonra Ələkbər Rəhimovun iradəsini ifadə etməyən, yəni aldatma yolu ilə bağlanmış, hüquqi nəticələrə səbəb  olmayan kredit və ipoteka müqavilələrindən istifadə etməklə Ələkbər Rəhimova məxsus 17 mart 2013-cü il tarixə orta bazar qiyməti təxminən 67000 (altmış yeddi min) manat   dəyərində olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektndə yerləşən doqquz mərtəbəli 35 saylı binanın altıncı mərtəbəsində yerləşən ümumi sahəsi 62.9 kv.m, yaşayış  sahəsi 38.6 kv.m. olan üç otaqlı 12 saylı mənzilini, habelə yuxarıda göstərilən kredit (borc) müqaviləsində qeyd edilmiş 70000 (yetmiş min) manat pulunu aldatma və etibardan sui-istifadə etmə yolu  ilə ələ keçirməyə çalışaraq külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq cinayətini törətməyə cəhd etmiş, lakin iradəsindən asılı olmayan səbəblərə görə, yəni cinayət məsuliyyətinə cəlb edilməklə barəsində həbs qətimkan tədbiri seçildiyindən və Xətai rayon məhkəməsinin 24 iyul 2014-cü il tarixli qətnaməsi ilə Yaşar Rəsulovla Ələkbər Rəhimov arasında bağlanmış kredit və ipoteka müqavilələri etibarsız hesab edildiyindən cinayət əməlini başa çatdıra bilməmişlər.

Bundan əlavə, Rüstəmova Ceyran Mikayıl qızı Gülməmmədova Mətanət inqlab qızı və Rəsulov Yaşar Bəxtiyar oğlu  ilə mütəşəkkil dəstədə sabit cinayətkar qrup halında birləşib ümumi cinayət niyyətlərini  davam etdirərək Murquzov Muxtar Məmmədəli oğlunun külli miqdarda pulunu və əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə qabaqcadan razılaşdırdıqları plan üzrə 04 may 2013-cü il tarixdə Bakı şəhəri 32 saylı dövlət notariat kontorunda sonuncuya üç aylıq müddətə 55000 (əlli beş min) mnat pulun borc verilməsi ilə bağlı mütəşəkkil dəstə tərkibində cinayətkar fəaliyyətə cəlb edilmiş dəstə üzvü Rəsulov Yaşar Bəxtiyar oğlu  ilə Muxtar Murquzov arasında tərəflərin həqiqi niyyətinə uyğun olmayan məzmunda kredit (borc) müqaviləsi və həmin müqavilənin təminatı olaraq ipoteka (girov) müqaviləsi bağlanılmasına nail olmaqla Muxtar Murquzovun əmlakının əvəzsiz və qanunsuz olaraq dəstə üzvü Yaşar Rəsulovun mülkiyyətinə keçirilməsinə yönəlmiş niyyətinə gizlədib faktiki Muxtar Murquzova  ehtiyacı olduğu  17000 (on yeddi min) manat pulu 5%- lə sələmə verməklə sonuncunun etibarını qazanaraq həmin pulun əvvəlcədən razılaşdıqları faizləri ilə birlikdə 22000 ( iyirmi iki min) manatını geri aldıqdan sonra Muxtar Murquzovun iradəsini ifadə etməyən, yəni aldatma yolu ilə bağlanmış, hüquqi nəticələrə səbəb olmayan kredit və ipoteka müqavilələrindənistifadə etməklə Muxtar Murquzova məxsus 04 may 2013-cü il tarixə orta bazar qiyməti təxminə 56000 (əlli altı min) manat dəyərində olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən beş mərtəbəli 46 saylı binanın 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 48.15, yaşayış sahəsi 30.05 kv.m olan iki otaqlı 35 saylı mənzilinii, habelə yuxarıda göstərilən kredit (borc) müqaviləsində qeyd edilmiş 55000 (əlli beş min) manat pulunu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirməyə çalışaraq külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq cinayətini törətməyə  cəhd etmiş, lakin iradəsindən asılı olmayan səbəblərə görə,  yəni cinayət məsuliyyətinə cəlb edilməklə barəsində həbs qətimkan tədbiri seçildiyindən və Xətai rayon məhkəməsinin 11 avqust 2014-cü il tarixli qətnaməsi ilə Yaşar Rəsulovla Muxtar Murquzov arasında bağlanmış kredit və ipoteka müqavilələri etibarsız hesab edildiyindən cinayət əməlini başa çatdıra bilməmişlər.

Həmin cinayət işi hal-hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində (sədrlik edən hakim Azər Orucov) baxılır.

Əliyeva Bahar  Nadir  qızı

Kərimova (Tağıyeva)  Mehriban  Yafəz  qızı

Kərimov Samir Ağakərim oğlu

Babayeva Xavər Məmmədrəhim qızı

Şükürov Gülməmməd Şükür oğlu

Abdulov Hüseyn Rafiq oğlu

Məstanova Elmira Kərim qızı

Sadıxova Səkinə Fərrux qızı

Məmmədov  Bəxtiyar Lətif oğlu

Murquzov  Muxtar Məmmədəli oğlu

Rəhimov Ələkbər Səftar oğlu

Qeyd edək ki, bu dəstənin bir neçə il əvvəl törətdiyi əməllər ANS telekanalı vasitəsilə də işıqlandırılıb. Zərərçəkənlərin göndərdiyi verilişin videoyazısından görünür ki, dəstə üzvlərindən biri yataqxanada yaşayan bir kasıb xanımın da əmlakını aldadaraq ələ keçirib. Studiyada fəryad çəkən həmin xanım hazırda dünyasını dəyişib. Biz bu günlərdə həmin videomaterialı da oxucularımıza təqdim edəcəyik.

Yazıda adları çəkilən bütün şəxslərin mövqeyini dinləməyə hazırıq.

P.S. Qeyd edək ki, yazıda adı çəkilən Hüseynova Reyhan  Musa qızının doğma qızı Əkbərova Esmira saytımızla əlaqə saxlayaraq adının bu məsələdə hallanmasına etiraz edib. Onun sözlərinə görə, zərərçəkənlərin adından verilən açıqlamada kifayət qədər qeyri dəqiqliklər var. Bu səbəbdən də qarşı tərəf kimi, mövqeyini Azinforum.az-a təqdim edəcəyini bildirdi.

RÖVŞƏN ƏLİ

AZİNFORUM.AZ

 

 

 

 

 

 

 

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın