Şənbə , Noyabr 28 2020
Ana səhifə / Cəmiyyət / “İnsanlarda şeytanlıq meylləri çox olduqca dünya sülh və rahatlıq üzü görməyəcək…”

“İnsanlarda şeytanlıq meylləri çox olduqca dünya sülh və rahatlıq üzü görməyəcək…”

Birinci nöqtə 

Müharibə və sülh – iki antonim sözlərdir. Bəs niyə müharibə, sülh deyil? Və ya niyə sülh deyil, müharibə? Həqiqətdə müharibə və sülh təbiət aləmində mövcuddur. Belə ki, bu təzadlar ancaq maddi aləmdə mövcud olur. Çünki mücərrəd aləmdə həmişə sülh olur. Allah Təala elə bir varlıqdır ki, təbii meylə və istəklərə malik deyildir. Ancaq təbiət aləmində təzadlı enerjilər mövcud olduğu üçün heyvanlar, eyni zamanda insanlar da təbiət qanunlarından asılıdırlar.
İkinci nöqtə
Hər bir insan Allahın gözəl adlarından və gözəl sifətlərindən birinə malikdir. Onların heç biri bu adların və ya sifətlərin hamısına malik ola bilməz. Çünki bir yerə cəmləşməyi bacarmır. İnsanlar arasında olan müharibə də bu təzaddan qaynaqlanır. Əgər insanlar cəm halında yaşaya bilsəydilər, heç vaxt müharibə və çəkişmə olmazdı. İnsanlıq aləmi də mücərrəd aləm kimi daima sülh içində olardı.
İnsanlar arasında müharibəni və çəkişməni azaltmaq üçün Allaha yaxınlaşmaq lazımdır. Şeytandan uzaqlaşmaq lazımdır. Allah – vəhdət, şeytan isə ayrılıq deməkdir. Nə qədər ayrılıqdan uzaqlaşsanız, vəhdətə bir o qədər yaxınlaşmış olarsınız. Ona görə də ayrılıqda həmişə müharibə və çəkişmə olur. İnsanlıq aləmində şeytanlıq meylləri nə qədər çox olarsa, sülh və rahatlıq üzü görməyəcəkdir. Həmişə müharibə alovunda yanacaqdır.
Üçüncü nöqtə
Onlar ki, İlahi fəlsəfə fəzasında nəfəs alırlar, heç vaxt demirlər: insanlar bir-birinin canavarlarıdırlarmı? Bu sözlər münaqişə yaradan sözlərdir və o kəslərin sözləridir ki, maddi meyllərin əsiridirlər. İnsanlar niyə bir-birinin canavarları olmalıdırlar? Biz İslam fəlsəfəsinə əsasən heç vaxt belə düşünmürük. Çünki Quran buyurur: “Ey insan! Sən Pərvərdigarına qarşı səy və hərəkət içindəsən və nəhayət, onunla görüşəcəksən”. Ona görə də biz bu fikri qəbul etmirik.
Dördüncü nöqtə
Allah Təala həyatı sevir. Allah Təala gözəldir və gözəlliyi sevir. Müharibə isə həyatın yox olmasına, məhv olmasına səbəb olur. Ona görə də müharibə Allahın sevimlisi ola bilməz. Əgər Allah həyatın yox olmasını qəbul etmirsə, həyatın aradan getməsini də qəbul etməz. Bu İslami fəlsəfə əsasında biz bu fikirdəyik ki, Allah sülhün tərəfdarıdır. Bütün səma kitablarında, eyni zamanda Quranda da sülh bəyənilmişdir. Ancaq insanlar arasında müştərək bir dəvət də vardır ki, bu da sülhə dəvətdir.
İslam bütün dnyanı sülhə və əmin-amanlığa dəvət edir: “Hamınız sülh və əmin-amanlıqla daxil olun”. Quran istəyir ki, insanlar sülh və əmin-amanlıq içində yaşasınlar. Əxlaq və insanlıq dəyərləri müstəvisində qarşı tərəfin ehtiramını saxlasın və bir-birinin hüquqlarını qorusunlar. Bütün işlərini ağılla etsinlər. Heç bir millət başqa millətə öz üzərində hökmranlığı, hegemonluq etməyi icazə verməməlidir. Hər bir millətin öz istedadları vardır və onları inkişaf etdirərək, tərəqqiyə nail olmalıdır.
Quranda cihad haqqında gələn ayələrə nəzər salsaq görərik ki, ilk növbədə danışıqlar gəlir və sonra cihad. Danışıqsız müharibə aparmaq məntiqsizdir. Peyğəmbərlərin (ə) əsas hədəfi – müharibə deyil, hidayət olmuşdur. Quran da insanların hidayət kitabıdır. Deməli, hidayətin əsasında dəvət durur. Bu dəvət də sülh və qarşılıqlı anlaşma ilə olmalıdır.
Məşhədi Xanım, /Deyerler.org/

Həmçinin oxuyun

“Bir nəfər də qalsaq, o bayraq sancılmalı idi” – XTQ giziri (VİDEO)

10 ildir Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edən gizir Rauf Qasımov İkinci Qarabağ savaşı ilə bərabər, …