Ana səhifə / Cəmiyyət / “İnsan bilir ki, küçədə güllələnəcək, amma yenə narkotik satır” – DEPUTAT

“İnsan bilir ki, küçədə güllələnəcək, amma yenə narkotik satır” – DEPUTAT

“Azərbaycanda narkoloji vəziyyətlə bağlı məsələ getdikcə ağırlaşır. Müalicə müəssisələri də azdır. Narkotiklə mübarizə aparılır, amma kifayət etmir”.

Bu sözləri millət vəkili Razi Nurullayev Bakupost.az -a açıqlamasında deyib.
O, narkotiklə mübarizədə fərqli üsullar təklif edib:
“Mübarizə üsullarımız bir az daha fərqli ola bilər. Birinci növbədə, dövlət büdcəsindən vəsait ayırmaqla ölkənin bütün əhalisini narkotik testindən keçirmək lazımdır. Xaricdən gələn vətəndaşlarımız da bura aiddir. Hətta ölkəmizə gələn qonaqları da incitməmək şərti ilə narkotik testinə cəlb etmək olar. Bu sahədə bir ilkə imza atmış olarıq. Daha sonra narkotik testində nəticələri pozitiv çıxmış şəxslər müalicəyə cəlb olunmalıdırlar. Onların gediş-gəlişi, ətrafı müəyyənləşdirilməlidir. Azərbaycanda narkotacirlərə, narkotik istifadəçilərinə, onu satanlara qarşı bir “səlib yürüşü” başladılsın. Bunun üçün qeyri-hökumət təşkilatlarına şərait yaradılmalıdır ki, onlar məsələ ilə məşğul olsun. Media orqanlarının məsələni araşdırmasına stimul vermək üçün müəyyən mükafat, yaxud vəsait ayrılmalıdır”.

Millət vəkili narkotik maddələrlə bağlı tətbiq olunan cərimələrdən də danışıb:

“Dünyada yüngül təsirli narkotik və psixotrop maddələrlə bağlı yüngülləşdirici qərarlar qəbul edilir. Azərbaycan da dünyanın bir hissəsidir. Fərqli qərar vermək də düzgün olmaz. Həm də bunun qarşısını həbs, yaxud cərimə ilə almaq olmur. Amerika və bir sıra ölkələrdə narkotacirlərə ölüm hökmü verilir. Hətta Filippin Prezidenti belə bir qərar qəbul etmişdi ki, kim narkotacir görsə, yerindəcə güllələsin. Bütün dünya onu tənqid etdi. Bu qərarın müəyyən təsirləri oldu. Amma bu da effektiv həll yolu deyil. İnsan bilir ki, küçədə güllələnəcək, amma yenə də satır. Bunlar çıxış yolu olmadığı üçün dünyanın bəzi ölkələrində yüngül təsirli, alışqanlıq yaratmayan psixotrop maddələrin satışına icazə verilib. Bu zaman insan alıb dadına baxdıqda bəlkə də sevməyəcək. Qadağa aradan götürüldüyü üçün artıq ona maraqlı gəlməyəcək. Dünyanın bəzi ölkələrində artıq qanun bu cürdür. Azərbaycanda isə narkotik alışı, satışı və reklamı cinayət hesab olunur”.

Həmçinin oxuyun

Xoşqədəm Hidayətqızı məhkəməyə verildi: Həbsi tələb olunur

ARB telekanalında yayımlanan “Səni axtarıram” proqramının aparıcısı Xoşqədəm Hidayətqızı və verliş iştirakçılarından biri – Bərdə …