Şənbə , Dekabr 4 2021
Ana səhifə / Cəmiyyət / İnam Kərimovdan yeni direktor təyinatları

İnam Kərimovdan yeni direktor təyinatları

Nazir İnam Kərimov Çexiyada təhsil almış mütəxəssisi direktor təyin edib.

Azinforum.az xəbər verir ki, Kənd Təsərrüfatı naziri İnam Kərimov Şamaxı və Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzlərinə yeni direktorlar təyin edib. Elşən Cəbrayılov Kürdəmir DAİM-in, Etibar Muradlı isə Şamaxı DAİM-in rəhbəri təyin olunub.

Kürdəmir DAİM-in yeni direktoru bundan əvvəl Kürdəmir rayon icra hakimiyyətində aparıcı məsləhətçi işləyib. Etibar Muradlı isə Bakı Dövlət Universitetini bakalavr dərəcəsi üzrə bitirdikdən sonra Çexiyanın Mendel Universitetində kənd təsərrüfatının menecmenti ixtisası üzrə magistr təhsili alıb. NPC Agro konsaltinq və mühəndislik şirkətində direktor müavini vəzifəsində çalışıb. Daha sonra Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin əməkdaşı olub, ötən ilin sonundan isə “Azəraqrar Dövlət istehsalat və Emal Birliyi” MMC-də işləyib.

Qeyd edək ki, Şamaxı DAİM-in direktoru vəzifəsi vakant olub, KürdəmirKürdəmir DAİM-in sabiq direktoru Mətləb Kərimov ötən ay işdə yol verdiyi nöqsanlara görə işdən azad edilib.

Həmçinin oxuyun

İmtahanda iştirak üçün tarif müəyyənləşdi — 110 manat

Xarici İşlər Nazirliyinə diplomatik xidmətə qəbul üzrə imtahannda iştirak etmək istəyən namizədlərin imtahanda iştirak etməsi …