Cümə axşamı , İyul 18 2019
Ana səhifə / Cəmiyyət / İlham Əliyevdən müxalifətçi alimə böyük jest

İlham Əliyevdən müxalifətçi alimə böyük jest

Prezident İlham Əliyev Cümhuriyyət dövrünün araşdırmaçısı Nəsiman Yaqublunun təltif edib.

“Yeni Sabah” xəbər verir ki, prezidentin sərəncamı ilə tarixçi alim “Azərbaycan Xalq Cümhuriyyətinin Yubiley Medalı” ilə təltif edilib.

Müsavat Partiyasının üzvü olan N. Yaqublu bu təltifə belə reaksiya verib:

“31 illik cümhuriyyət tarixi araşdırmalarıma diqqət göstərildi. 

Cümhuriyyət haqqında ilk məqaləmi 1988-ci ildə yazdım-Əhməd Cavadla və onun fəaliyyəti ilə bağlı. İkinci kitabımı 1990-cı ildə yazdım – M.Ə.Rəsulzadə ilə bağlı. Bütün bunlar sovet dövründə oldu.

Müstəqil Azərbaycan dövründə nəşr edilən kitablarımın sayı 23-ə qədərdir. Bu işlərə müəyyən diqqət göstərilməsi təbii ki, insanda məmnunluq doğurur. Lakin Cümhuriyyətimizə və başda M.Ə.Rəsulzadə olmaqla qurucularımıza daha da çox diqqət artırılmalıdır”.

İlham Əliyevdən müxalifətçi alimə böyük jest

Həmçinin oxuyun

Qəhrəman təyyarəçi Hüseynbala Əliyevin anım günüdür

Böyük Vətən Müharibəsində (BVM) şücaət göstərmiş azərbaycanlı döyüşçü-təyyarəçi Hüseynbala Əliyevin anım günüdür. Hüseynbala  Balaəli oğlu …