Cümə , İyul 19 2019
Ana səhifə / Cəmiyyət / İlham Əliyev sahibkarların yoxlanmasını 2 illiyə dayandırdı

İlham Əliyev sahibkarların yoxlanmasını 2 illiyə dayandırdı

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının yekunlarına dair iclasındakı çıxışında sahibkarlıq sahəsində yoxlamalardan çoxsaylı şikayətlərin daxil olmasını, yoxlamaların sayının, eləcə də lisenziyaların sayının həddindən artıq çox olmasını, göstərilən sahədə sui-istifadə hallarını qeyd edib, belə halların qarşısının alınacağını, nəticə çıxarmayanların cəzalandırılacağını bildirib.
Verilən tapşırıqlara uyğun olaraq, 2015-ci oktyabrın 19-da Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndərilib. Qanun layihəsinə əsasən 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır.
Eyni zamanda, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən imzalanmış fərmanla lisenziyaların sayının minimuma endirilməsi, lisenziya verilməsi qaydalarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi, sahibkarlıq fəaliyyəti ilə bağlı bütün lisenziyaların İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilməsi nəzərdə tutulub.
Fərmanın mətni mətbuatda dərc olunacaq.
musavat.com

Həmçinin oxuyun

Bu yollarda sarı zolaq qadağası qüvvəyə minir – SİYAHI

Bu gecədən etibarən “Baku 2019” – Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar olaraq paytaxtın …

Bir cavab yazın