Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / İlham Əliyev Rabitə Nazirliyində olanlar haqda: “Bu, cinayətdir, vicdansızlıqdır, dövlətə xəyanətdir”

İlham Əliyev Rabitə Nazirliyində olanlar haqda: “Bu, cinayətdir, vicdansızlıqdır, dövlətə xəyanətdir”

İnformasiya-kommunikasiya sektorunun inkişafı istiqamətində daha da ciddi addımlar atılmalıdır.

Azinforum.az  AZƏRTAC-a istinadən bildirir ki, bunu Nazirlər Kabinetinin son iclasında Azərbaycan prezidenti İlham Əliyev deyib.

Prezident bildirib ki, bu sektorda tam şəffaflıq təmin edilməli və dövlət bu sektorun inkişafından gələn xeyrini görməlidir: “Çünki bu günə qədər ancaq dövlət investisiyaları qoyulur, kreditlər verilir, informasiya-kommunikasiya istiqamətində layihələr icra edilir. İki peykimiz var. Yəni, dövlət artıq bunun faydasını, gəlirini görməlidir. Amma əfsuslar olsun ki, bəzi hallarda gəlir başqa ciblərə gedir, dövlət xeyir götürmür, burada da tam şəffaflıq təmin edilməlidir. Arada gəzən şirkətlər burada əsassız qaydada böyük məbləğdə pul qazanırlar, onların fəaliyyəti dayandırılmalıdır. Yəni, bütün gəlirlər dövlətə, büdcəyə gəlməlidir və bunun hesabına informasiya-kommunikasiya texnologiyaları sektoru bundan sonra da inkişaf edəcək”.

Prezident bildirib ki, dövlət artıq bu sahəyə kifayət qədər, artıqlaması ilə vəsait ayırıb: “ Yoxlamalar göstərir ki, bu vəsaitdən vicdansızlıqla istifadə olunub. Burada israfçılıqdan söhbət getmir, burada böyük cinayətdən söhbət gedir. İndi prokurorluq ciddi məşğuldur. Bir malın qiyməti bir neçə dəfə şişirdilir – 3 dəfə, 4 dəfə. Bu, cinayətdir, vicdansızlıqdır, dövlətə xəyanətdir və bu əməlləri törədən insanlar indi məsuliyyətə cəlb olunurlar və bu, hamıya dərs olmalıdır, bütün qurumlara da dərs olmalıdır. Ona görə, əminəm ki, çox ciddi nəzarət belə halların təkrarlanmaması üçün yaxşı imkanlar yaradacaq”.

Virtualaz.org xatırladır ki, ötən ilin oktyabrında prezidentin sərəncamı ilə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov tutduğu vəzifədən azad edilib. Sonradan aparılan yoxlamalar zamanı orada çox ciddi korrupsiya və dövlət vəsaitinin mənimsənilməsi faktları aşkarlanıb.

Hazırda nazirliyin bir qrup yüksək vəzifəli əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub və həbsdədir.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın