Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Cəmiyyət / İlham Əliyev Milli Məclisin qərarına veto qoydu

İlham Əliyev Milli Məclisin qərarına veto qoydu

Azərbaycan prezidenti İlham Əliyev Milli Məclisin yanvarın 19-da keçirdiyi növbədənkənar plenar iclasda İnzibati Xətalar Məcəlləsinə qəbu etdiyi yüksək cərimənin tətbiqinə veto qoyub.

“Report” xəbər verir ki, bu, ödəniş kartı ilə aparılan valyuta əməliyyatları üzrə icbari yığımın ödənilməməsinə görə fiziki və hüquqi şəxslərin ödənilməmiş məbləğin yüz faizi miqdarında cərimə edilməsi ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 225.5-ci maddəsinə edilən əlavənin ləğv olunmasını nəzərdə tutur.

Beləliklə, Azərbaycan prezidenti Milli Məclisin növbədənkənar iclasında qəbul etdiyi ikinci məsələyə veto qoymuş oldu.

Həmçinin oxuyun

Ayaz Salayev 25 yaşında Ağdamda – FOTO

Tanınmış kinorejissor, Əməkdar incəsənət xadimi Ayaz Salayev Ağdam rayonundan şəkil paylaşıb.   O, bu barədə “Facebook” hesabında paylaşım …

Bir cavab yazın