Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / İlham Əliyev: “Çox sarsıldım…”

İlham Əliyev: “Çox sarsıldım…”

Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Başsağlığı məktubunda deyilir:

“Hörmətli cənab prezident, əziz qardaşım,

Şanlıurfa vilayətinin Suruç rayonunda törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm. Allah rəhmət eləsin!”

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın