Ana səhifə / Cəmiyyət / İlham Əliyev Əli Kərimliyə necə əxlaq dərsi keçdi?

İlham Əliyev Əli Kərimliyə necə əxlaq dərsi keçdi?

“Mən onlardan deyiləm ki, prezidentimə qarşı çıxam…”

“Dünən İlham Əliyevin Universitetdə görüş tədbiri keçirilib. Görüşün sonunda suallara cavab verən İlham Əliyev AXCP sədrinin birinci müavini Əli Kərimovla aralarında olan münasibətə aydınlıq gətirib. İlk öncə aralarında işbirliyinin olmasını inkar edən vitse-prezident sonda əlavə edib ki, “onlar çox məntiqsiz danışırlar. Mənə deyirlər ki, Heydər Əliyev siyasətindən əl götürərsə, biz onunla bir araya gələ bilərik. Bizimlə işbirliyi yapmaqdan ötrü liderlərinə qarşı çıxırlar. Mən onlardan deyiləm ki, prezidentimə qarşı çıxam…”
Bu fikirlər “Elçi” qəzetinin hələ 2000-ci ilin mart ayında dərc olunmuş sayında, “İ.Əliyev Ə.Kərimova əxlaq dərsi keçdi” sərlövhəli yazıda yer alıb. Aktuallığını və ictimai əhəmiyyətini nəzərə alıb AİM.Az yazının müəllifi, “Elçi” qəzetinin baş redaktoru Əli HƏZİQULİYEVƏ müraciət edib və məlum görüşdə səslənən fikirlərlə bağlı mövqeyini öyrənməyə çalışıb. 
huhuhjhj
Bununla əlaqədar ilk öncə mərhum prezident Heydər Əliyevin səhhətində yaranmış problemlərə toxunan müsahibimiz daha sonra həmin dövrdə baş verən siyasi proseslərə aydınlıq gətirib: “Səhv etmirəmsə, 1999-cu ilin axırı, ya da 2000-ci ilin əvvəli idi. Mərhum prezident Heydər Əliyev səhhətində  yaranmış problemlərə görə  bir muddət Türkiyədə müayinələrdən kəçəsi oldu. O zaman  1998-ci il prezident seçkisindən sonra Azərbaycan müxalifətində müəyyən qədər oyanış hiss olunurdu. Elçibəyin Kələkidən Bakıya dönüşü də bir növ müxalifəti dirçəltmişdi.
Bir sözlə, prezidentin səhhəti ilə baglı yaranan problem müxalifəti hakimiyyətə daha da ruhlandırmışdı. Əli Kərimlı və onun dəstəsi artıq özünü hakimiyyətdə görən kimiydi. Hətta vəziyyət o həddə çatmışdı ki, onlar yurd qrupuna yaxın qəzetlər vasitəsilə hakimiyyətə mesajlar gündərirdilər ki, müxalifətin tərəfinə keçsinlər. O cümlədən İlham Əliyevə də qəzet vasitəsilə belə bir mesaj göndərmişdilər ki, “əgər İlham Əliyev onlara müraciət edərsə, hakimiyyətdə ona vəzifə verə bilərlər. Məsələn, Xarici işlər nazir, filan”. Bundan sonra İlham Əliyev BDU-da həmin məlum çıxışı etmişdi. Təbii ki, mən də bunu həmin dövr üçün İlham Əliyevin Əli Kərimliyə keçdiyi əxlaq dərsi kimi qiymətləndirmişdim.”
O zaman İlham Əliyevin bu fikirlərinə ictimaiyyətin sərgilədiyi reaksiya ilə bağlı sualımıza isə müsahibimiz qısaca cavab verdi: “İctimaiyyətin münasibətini deyə bilmərəm, ancaq BDU-nun müəllim və tələbə heyəti İlham Əliyevin məlum mövqeyini dəqiqələrlə ayaq üstə alqışlamışdılar.”
Daha sonra Əbülfəz Elçibəy–Əli Kərimli münasibətlərilə bağlı sualımızı cavablandıran Əli Həziquliyev bir sıra  maraqlı məqamlara da toxundu: “Bilirsiz, mənim üçün ən maraqlısı odur ki, indi Əli Kərimlinin Elçibəyə yaxınlıq məsafəsini ştangerlə ölçənlər nədən abırlarına kor olmurlar. Mən bu yazını 2000-ci ilin əvvəlində yazmışam. O zaman Elçibəy də sağ idi. Bu yazı da “Elçi” qəzetinin manşetində yer almışdı. Məncə, Elçibəyin Əli Kərimliyə münasibəti haqda əlavə nəsə deməyə ehtiyac qalmır.”
Elçibəyin  sağlığında, onun qəzetində belə bir yazının çıxmasının təsadüfi olmadığını önə çəkən Ə.Həziquliyev bunun özünü də açıq mövqe kimi dəyərləndirdi və növbəti maraqlı bir məqama toxundu: “O zaman Elçibəy Əli Kərimli ilə münasibətlərinə ən yaxın çevrəsi arasında aydındlıq gətirərkən belə bir məşhur ifadə işlətmişdı: “Əli Kərimlinin bir əlindən mən tutmuşam, digərindən Heydər Əliyev. Kim güclü çəksə, Əli Kərimli onun yanında olacaq.”
Hadisələrin sonrakı gedişilə bağlı müsahibimizə ünvanlamaq istədiyimiz suala isə ehtiyac qalmadı. Əli Həziquliyev sonda öz fikirlərini məntiqin diqtəsilə, qısa və aydın şəkildə yekunlaşdırdı: “Ancaq o yazı hələ qəzetdə çıxana kimi Elçibəy artıq Əli Kərimlinin əlini buraxmışdı. Həmin dövrdə o, İlham Əliyevin toxunduğu xəyanət söhbətini yaxşi bilirdi. Ən azından ona gorə ki, xəyanət Əli Kərimli tərəfindən ona, yəni Elçıbəyə qarşı edilmişdi. Bu baxımdan İlham Əliyevin çıxışı bəyin ürəyincə idi. Bunu Əli Kərimliyə kimsə deməli idi. Bu mənada İlham Əliyevin yuksək tribunadan bu fikri səsləndirməsi lap yerinə düşmüşdü…”

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın