Ana səhifə / Cəmiyyət / İlham Əliyevə meydan oxuyan qrup – Elmlər doktorundan sensasion iddalar

İlham Əliyevə meydan oxuyan qrup – Elmlər doktorundan sensasion iddalar

Milli Məclisin Elm və təhsil komitəsinin sədri, iqtisad elmləri doktoru Şəmsəddin Hacıyevin YAP Səbail rayon təşkilatının sədri seçilməsindən sonra yenidən deputatlıq iddiasına düşməsi, təkcə siyasi dairələri deyil, həm də onun vaxtı ilə rektoru olduğu İqtisad Universitetində də maraqla gözlənilir. 
Bu barədə iqtisad elmləri doktoru, Şəmsəddin Hacıyevin keçmiş müşaviri Bədirxan Musayevin sözlərinə görə, YAP-ın siyahısında keçmiş rektorun adının olacağı ehtimalı onun universitetdəki tərəfdarlarını da yenidən hərəkətləndirib:
«Bilirsiniz ki, Şəmsəddin Hacıyev 10 il İqtisad universitetində rektor olub. 2014-ci ilin mart ayının 5-də isə prezident İlham Əliyev onu vəzifəsindən azad etdi. Yerinə isə Ədalət Muradovu təyin elədi. O zaman universitetdə həbslərin aparılacağı gözlənilsə də, Şəmsəddin Hacıyev şəxsi kanalları ilə buna mane olmağı bacardı. Amma yeni rektorun həm özünə, həm də yaxın ətrafına davamlı basqılarını zərərsizləşdirə bilmədi.  Əksinə, Şəmsəddin Hacıyevin ən yaxın ətrafına daxil olan YAP universitet təşkilatının sədri, prorektor Zəfər Bayramov, qardaşının qudası olan Beynəlxalq Münasibətlər fakultəsinin dekanı Müzəffər Məmmədov, Magistratura Mərkəzinin rəhbəri Həsən İsrafilov, ailə dostu olan “Ümumi iqtisadiyyat” fakültəsinin dekanı Kamil Qafarov və digərlərini vəzifələrindən dərhal qovdu. Lakin həmin ərəfədə usta davranan bəzi tərəfdarları bu günə qədər də vəzifələrini qoruyub. Sözüm ondadır ki, indi bu adamlar Şəmsəddin Hacıyevin yenidən «dirilməsi»ndən xeyli ruhlanıblar. İnanın, keçmiş rektorun YAP-da vəzifə alması və  bunu “Mən artıq İlham Əliyev, Əli Əhmədovdan sonra YAP-da 3-cü adamam. Azərbaycanın ən böyük və prestijli təşkilatına rəhbərlik edirəm. Təşkilatımda nazirlər, dövlət şirkətlərinin rəhbərləri, hətta “Naxçıvan klanı”nın sayılıb-seçilən lidrlərindən olan Əli Nağıyevin qardaşına qədər var. Bunların hamısı mənə tabedir” deyərək, sanki kimlərəsə, o cümlədən Ədalət Muradova xəbərdarlıq edir. İndi bu faktorları əldə əsas tutan universitetdəki dəstəsi son bir həftə ərzində universitetdə yenidən «əzələ» nümayişi üçün fürsət axtarırlar. Əminəm ki, Şəmsəddin Hacıyevin adının YAP-ın siyahısında olacağı və onun yenidən mandat alacağı təqdirdə, Ədalət Müradov üçün ciddi “başağrısı” yaranacaq. Bu dəstə yeni rektora qarşı amansız hücuma başlayacaqlar. Bəli, Şəmsəddin Hacıyev və onun köhnə qurdlar»ı universitetin altını-üstünə gətirib, bu təhsil ocağından üsyan başladacaqlar. Təbii ki, bu yeni rektordan qisas almaq məqsədi olacaq”. 
Şəmsəddin Hacıyev
Bədirxan Musayev deyir ki, artıq onun qruplaşmasının ən fəal üzvləri olan Zəfər Bayramov, Həsən İsrafilov, Müzəffər Məmmədov indidən yeni rektora qarşı mətbuatda yeni hücum kampaniyası başladıblar: 
“Diqqət etmisinizsə, son 2-3 aydır universitetdə Ədalət Muradov və onun ən yaxın adamları haqda bəzi qəzet və saytlarda ciddi ittihamlar səslənir. Orda Şəmsəddin Hacıyev təriflənir, lakin yeni rektor aşağılanır, rüşvətdə, korrupsiyada ittiham olunur. Halbuki, Şəmsəddin Hacıyevin özü İqtisad Universitetinin Dərbənd filialına tələbə qəbulundan 145-150 milyon manat, daxili və xarici köçürmələrdən 80-100 milyon manat, digər mənbələrdən 350-400 milyon manat, təmir-tikinti işlərinin lahiyə dəyərinin isə 40%-ni mənimsəyib. Bunu istənilən an təsdiq edə bilərəm. Belə bir adamı, yəni prezident İlham Əliyevin qovduğu bir adamı isə Əli Əhmədov YAP-a gətirib. Sual olunur, prezidentin korrupsioner, yaritmaz bir kad kimi işdən qovduğu Şəmsəddin Hacıyevə Əli Əhmədovun bu özəl sevgisi haradan qaynaqlanıb? Əli Əhmədov niyə prezidentə qarşı bu qədər açıq addım atır? Bilməyənləri nəzərinə çatdırım ki, hələ Əli Əhmədovun oğlu İqtisad Univeristetində oxuyanda Şəmsəddin Hacıyev bütün qanuni və mənəvi normaları kobud şəkildə pozaraq müəllimlər üçün tikilən yaşayış binasından Əli Əhmədovun tələbə oğluna 4 otaqlı mənzil bağışladı. Görünür, o da bu əvəzsiz rüşvətin əvəzini qaytarmağı özünə borc bilib. Hancı ki, bu “borc” elə birbaşa prezidentə, onun sərəncamına meydan oxumaqdır. Bundan əlavə, universitetdə yeni “qiyam ocağı”nın təşəkkül tapmasına və genişlənməsinə hesablanan addımdır”.
Elm adamı bildirir ki, Ş.Hacıyev həmişə prezidentə qarşı olub:
“Onun haqqında Cəlal Əliyevin “Mütəllibovun skribka çalanı”, Aqil Əliyevin “zəhərli əqrəb” deməsini hamı xatırlayır. Bu adamın mərhum Heydər Əliyevə, prezident İlham Əliyevə münasibəti isə universitetin 70 illiyinə həsr olunan kitabda əyani göstətilib. Təsəvvür edib ki, Şəmsəddin Hacıyev orada Ulu Öndərin 6-7 şəkilini verib, ancaq özünün 150-dən çox müxtəlif pozalarda çəkdirdiyi fotoları yerləşdirib. Kitaba baxan kimi adamda elə rəy yaranır ki, universitet bunun adıyla bağlıdır, onu yaradan bu rüşvətxor, oyunbaz Hacıyevdir. Onun köməkçisi olan Zəfər Bayramov isə mətbuata çıxaraq Heydər Əliyevin fikirlərini təhrif edib, vaxtı ilə dissertasiya işində Ulu Öndərin 70-ci illərdəki fəaliyyətinə kölgə salıb. Elmdə və universitetin həyatında heş bir zəfəri olmayan Zəfər Bayramov bu qədər çirkabın içində olmasına baxmayaraq, mənə böhtan atıb, ağzına, ailəsinin, tayfasının səviyyəsinə uyğun formada məni təhqir edib. Halbulki, Vaxtı ilə uluöndər H.Əliyev mövcud təlimatlarla hesablaşmadan və qorxmadan dalbadal 3 dəfə məni xaricə səyahətə gedən mötəbər qrupun rəhbəri təyin edib. 1987-ci ildə Mockvada olarkən, onun xahişi ilə səfərimin ikinci günü özü məni qəbul edib, bundan 2 gün sonra isə şəxsən özü məni keçmiş SSRİ Ali Sovetin sədri A.Qramıkonun qəbula salıb. Bununla da ədalət bərpa olunub. (Sənədləri istənilən vaxt təqdim edə bilərəm). Ancaq nə yazıq ki, satılan məhkəmə hakimləri nə buna, nə də Heydər Əliyevə qarşı Şəmsəddin Hacıyev və onun fitnəkar, ifunət iyi verən dəstə üzvlərinin saxtakarlıqlara hüquqi qiymət verməyib. Çünki ortada Şəmsəddinin mandatı və pulu var. Pul isə hakimlərin də gözünü kor edibdir. Bəli, Heydər Əliyevə, İlham Əliyevə qarşı açıq və gizli fəaliyyətdə olan bu qrup indi yenidən boy atmaq, cücərmək istəyirlər. Üstəlik, manqabaşı Şəmsəddin Əli Əhmədovla Ziya Məmmədovun qoltuğunun altına girərək, yenidən deputat seçilmək istəyir. Bunun üçün də onun torpaq sahələri, evlərinin bəzilərini satmağa hazırlaşdığı da danışılır. Ayıbdır vallah. Bu adamdan universitetdə oğurladığı 650 milyonun hesabını sormaq, onu həbsxanaya göndərmək əvəzinə, belə rəzilliyə imza atmaq İlham Əliyevə və qanunlara meydan oxumaq, univeristetin müəllimlərini isə üsyana sürükləməkdən başqa bir şey deyildir”.
 
Bədirxan Musayev
B.Musayevin sözlərinə görə, ömrünün son gününə qədər Ş.Hacıyev, Zəfər Bayramov və onların satın aldığı Mirpaşa Hüseynov kimi hakimlərin həbsxanaya düşmələrinə çalışacaq: 
“Bu adamlar rüşvətlə, sənəd saxalaşdırmaqla, korrupsiya ilə, hakimləri satın almaqla, ölkə rəhbərliyini aldatmaqla, universteti mafiya kimi idarə etməklə yetinməyiblər. Onlar eyni zamanda, bəzi müəllimləri öyrədərək məni təhqir etdirib, öldürməyə cəhd ediblər. Hələ utanmadan bu ölüm sifarişini, təhdidlərini protokollara salmaqdan da çəkinməyiblər. Sağ olsun, Daxili İşlər Nazirliyinin rəhbərliyi, o zaman dərhal bu yöndə müraciətimə müdaxilə edərək, təhdid və ölüm sifarişinin qarşısını aldı.
 
Mən isə dayanmadan əsaslı sənəd və faktları Prezidentə ünvanladım. 4 min nəfər məni prezidentin qəbulu üçün müraciət imzaladı. Nəhayət, Şəmsəddin Hacıyev azad olunacağını anlayaraq, əl-ayağa düşdü. Evimə 8-10 dəfə hörmətli adamlardan ibarət minnətçi göndərərk, səhv etdiyini,  “Məni yıxdın, heç olmasa başımı kəsmə” deyərək yalvardılar. Hətta Həsən İsrafilov pəncərəni açaraq özünü atacağını deyərək, yalvar-yaxar mənə “barışıq məktubu” yazdırmağa da nail olub. O zaman söz verdilər ki, Zəfərin məni mətbuatda və fakültə elmi şuralarında özünə, ailəsinə, tayfasının səviyyəsinə uyğun formada təhqir etməsinə görə cəzalandırılmasına mane olmayacaqlar. Lakin bununla bağlı keçirilən məhkəmələrdə mənə aydın oldu ki, Şəmsəddin Zəfərin cəzalandırılmaması üçün Yasamal məhkəməsinin hakimi ilə apellyasiyanın hakimi Mirpaşa Hüseynovu şəxsən satın alıb. Görünür, o, Zəfərin və digərlərinin Şəmsəddinə “Biz sənin sözünlə Bədirxan Musayevə hücum çəkdik, onu təhqir etdik, hətta öldürdütmək istədik” deyərək, şantaj edirlər. Ya da sayı-hesabı bilinməyən cinayət əməllərinə imza atan bu dəstə üzvləri italiyan mafiyası kimi bir-birlərini qormuğa and içiblər. Ancaq onların gələcək karyeraları kimi, andlarının da gözlərindən gətirəcəyəm. Belə məkrli adamlar dövlətdə yer tuta bilməzlər. Bəli, məni öldürtürməyi bacarmadılar, ancaq mən onları həbsxanaya göndərəcəyəm”. 
B.Musayev deyir ki, Ş.Hacıyevin adının YAP-ın siyahısı ilə seçkiyə qatılacağını indidən nəzərə alan Həsən İsrafilov, Zəfər Bayramov, Kamil Qafarov, Müzəffər Məmmədov və digərlərindən ibarət qrup hazırda çox ciddi plan üzərində işləyirlər:
Ədalət Muradov və Mikayıl Cabbarov
“Bu plana Ədalət Muradova hücumdan tutmuş, daxildə çaxnaşma yaratmağa qədər var. Bu barədə əlimdə tutarlı faktlar var. Hələlik bunları açıqlamıram. Ancaq həm bu, həm evimə göndərdiyi minnətçilər, Şəmsəddin Hacıyevin son istəyi və digər əməlləri haqda sensasion faktları da açıqlayacağam”.
“Reytinq” qəzeti

 

Həmçinin oxuyun

Azərbaycanda dizel maşınlara qadağa qoyulsa, nə olacaq? – “Bu, sadəcə biabırçılıqdır”

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə açıqlayıb ki, hazırda atmosfer …

Bir cavab yazın