Bazar , Noyabr 29 2020
Ana səhifə / Cəmiyyət / İcra məmurlarının vəzifələri artırıldı

İcra məmurlarının vəzifələri artırıldı

İcra məmurlarının vəzifələri artırılıb.

Bu, Prezident İlham Əliyev tərəfindən bu gün təsdiqlənən “İcra məmurları haqqında Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə” qanunda əksini tapıb.

Qanuna əsasən, icra məmuru tələbin borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarındakı hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilməsi zamanı qəbul olunmuş qərar barədə 1 iş günündən gec olmayaraq qarşılıqlı inteqrasiya olunmuş elektron sistem vasitəsilə “Elektron hökumət” portalında müvafiq qeydlər aparacaq.

Həmçinin icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət edəcək.  

Eyni zamanda icra sənədlərinin aidiyyəti üzrə göndərilməsi barədə tələbkara məlumat verəcək.

Qanunla müəyyən edilmiş hallarda və müddətlərdə borclunun əmlakının mühafizəsini təmin edəcək.   /APA

Həmçinin oxuyun

“Bayatı-Şiraz”ı dinləyən Hikmət Hacıyev göz yaşlarına hakim ola bilmədi – Video

Bu gün Azərbaycandakı diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri ilə erməni silahlı qüvvələrinin işğalından …