Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Cəmiyyət / İcra başçısının maşını qırmızı işıqda dayanmamalıdır? (VİDEO)

İcra başçısının maşını qırmızı işıqda dayanmamalıdır? (VİDEO)

Tovuz rayonu sakinlərindən biri saytımıza öz avtomobilinə quraşdırılmış videoregistrator vasitəsi ilə çəkilmiş videogörüntü göndərib. 

Qaynarinfo xəbər verir ki, martın 30-da rayonun ərazisində yol ayrıcında işıqforun qırmızı işığının yanmasına baxmayaraq, Tovuz rayonu İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun 60 AA 001 dövlət qeydiyyat nişanlı xidməti avtomobilinin sürücüsü hərəkəti davam etdirir. 
Görünür ki, bu sürücü hələ də Yol hərəkəti qaydalarının hamıya aid olmasından xəbərsizdir. Ümid edirik ki, DYP rəhbərliyi bu görüntü əsasında həmin sürücüyə protokol tərtib edib, qanun qarşısında hər kəsin eyni hüquqlu olmasını bildirəcəklər.

Həmçinin oxuyun

“Cəbrayılda rahat gəzə bilərəm, balam orada şəhid olub” – VİDEOREPORTAJ

Azərbaycan Televiziyası 44 gün davam edən Vətən Müharibəsində şəhid olan qəhrəmanlarımız haqqında növbəti süjetini yayımlayıb. Budəfəki …