Bazar , Yanvar 24 2021
Ana səhifə / Cəmiyyət / İcra başçısının maşını “protiv” getdi: Yol polisi görüb “çest” verdi – VİDEO

İcra başçısının maşını “protiv” getdi: Yol polisi görüb “çest” verdi – VİDEO

Abşeron Rayon İcra Hakimiyyəti başçısının xidməti avtomobili ilə törədilən qayda pozuntusu kameraya düşüb. Görüntüləri oxuculardan biri redaksiyamızın elektron ünvanına göndərib. 

Avtosfer.az xəbər verir ki, aprelin 1-i Masazır qəsəbəsi Əliağa Vahid küçəsində hərəkət edən 01-AA-001 qeydiyyat nişanlı “Lexus” markalı avtomobilin sürücüsü ayırıcı zolağın sol tərəfi ilə tam olaraq əks istiqamətdə hərəkət edib. Sürücü əks istiqamətdə hərəkət etdikdən sonra qarşıdakı svetoforun qırmızı işığından sağa dönərək yoluna davam edib. Bu zaman həmin ərazidə xidmət aparan polis əməkdaşları qayda pozan sürücüyə hərbi salam verib.

Qeyd edək ki, bu avtomobil icra başçısı İradə Gülməmmədovaya aiddir.

Həmçinin oxuyun

Fərhad Bədəlbəyli və Polad Bülbüloğlu Şuşada:”Qalib kimi gəlmişik”

Əslən Şuşadan olan Azərbaycanın Xalq artisti, professor Fərhad Bədəlbəyli və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu …