Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / İcra başçısının maliyyə fırıldaqlları – SİYAHI

İcra başçısının maliyyə fırıldaqlları – SİYAHI

Yevlaxın icra başçısı Qoca Səmədovun bir neçə MMC-lərlə yol verdiyi maliyyə fırıldaqları ifşa mərhələsinə qədəm qoyub.

Mia.az-a icra başçısının xüsusi imtiyaz tanıdığı və əsasən “xidmətlər”indən yararlandığı iki şirkət və onlarla birgə həyata keçirilən maliyyə əməliyyatlarının siyahısı daxil olub.

Əlavə şərh və iddialara, o cümlədən bu MMC-lərin kimə məxsusluğu, nə vaxt qeydiyyata alınmaları, hansı “prinsiplər”lə işləmələrinə hələlik toxunmadan siyahını təqdim edirik:

– Yevlax şəhər İcra Hakimiyyətinin sifarişi əsasında digər maşın və avadanlıqların satın alınması məqsədiylə “Yusif-2009” MMC-yə 29200 manat;

– Yevlax şəhər İcra Hakimiyyətinə dəftərxana ləvazimatları və təsərrüfat mallarının satın alınması  məqsədiylə”Yusif-2009″ MMC-yə 18000 manat;

– Yevlax şəhər İcra Hakimiyyətindən əsaslı təmir işlərinin satın alınması məqsədiylə “Bayramoğlu” MMC-yə 42000 manat;

– Yevlax şəhər İcra Hakimiyyətindən cari təmir işlərinin satın alınması  məqsədiylə “Bayramoğlu” MMC-yə 22350 manat;

– Yevlax şəhər İcra Hakimiyyətinə idarənin digər xərcləri maddəsi üzrə malların (işlərin və xidmətlərin) satın alınması  məqsədiylə “Yusif-2009” MMC-yə 9000 manat;

– Yevlax şəhər İcra Hakimiyyətinə yumşaq inventarların satın alınması  məqsədiylə “Yusif-2009” MMC-yə 18850 manat;

– Yevlax şəhər İcra Hakimiyyətinə avadanlıqların satın alınması  məqsədiylə”Yusif-2009″ MMC 7875 manat;

Yevlax şəhər İcra Hakimiyyətinə inventarların satın alınması  məqsədiylə “Yusif-2009” MMC-yə 28100 manat;

– Yevlax şəhər İcra Hakimiyyəti başçısının Balçılı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi – Digər maşın və avadanlıqların satın alınması  məqsədiylə “Rəşad-2003” MMC-yə 3950 manat;

– Yevlax şəhər İcra Hakimiyyəti başçısının Aşağı Bucaq kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi – Digər maşın və avadanlıqların satın alınması  məqsədiylə “Rəşad-2003” MMC-yə 3900 manat;

– Yevlax şəhər İcra Hakimiyyəti başçısının Ərəş kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi – digər maşın və avadanlıqların satın alınması məqsədiylə “Rəşad-2003” MMC-yə 6800 manat;

– Yevlax şəhər İcra Hakimiyyəti başçısının Aşağı Qarxun kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi – Digər maşın və avadanlıqların satın alınması  məqsədiylə “Rəşad-2003” MMC-yə 4900 manat;

– Yevlax şəhər İcra Hakimiyyəti başçısının Aşağı Qarxun kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi – İnventarların satın alınması  məqsədiylə “Rəşad-2003” MMC-yə 8000 manat;

Yevlax şəhər İcra Hakimiyyəti başçısının Səmədabad kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi – Digər maşın və avadanlıqların satın alınması  məqsədiylə “Rəşad-2003” MMC-yə 5850 manat;

– Yevlax şəhər İcra Hakimiyyəti başçısının Tanrıqulular kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi – Digər maşın və avadanlıqların satın alınması  məqsədiylə “Rəşad-2003” MMC-yə 2100 manat;

– Yevlax şəhər İcra Hakimiyyəti başçısının Tanrıqulular kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi – İnventarların satın alınması  məqsədiylə” Rəşad-2003″ MMC 4990 manat.

Göründüyü kimi, Qoca Səmədov ancaq və ancaq iki MMC-nin xidmətindən yararlanmaqla, büdcə pullarını idarə etməyə çalışıb. Onun buna hüququ varmı? Və yaxud bu “Tender haqqında” Qanuna uyğundurmu?

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …

Bir cavab yazın