Cümə , Oktyabr 22 2021
Ana səhifə / Cəmiyyət / İcra başçısının direktor arvadından açıqlama: “Qan təzyiqimə görə 44 əvəzinə 24 demişəm”

İcra başçısının direktor arvadından açıqlama: “Qan təzyiqimə görə 44 əvəzinə 24 demişəm”

Bakıda məktəb direktorlarından birinin sosial şəbəkədə çıxışı yayılıb. Şagird və valideynlərin qarşısında çıxış edən direktor 27 sentyabr “Anım gününə” “Zəfər günü”, 44 günlük Vətən müharibəsinə isə “24 günlük müharibə” deyib. Məsələ barədə Bakı şəhəri 217 nömrəli tam orta məktəbin direktoru Bənövşə Cəfərova Oxu.Az-a açıqlama verib. O bildirib ki, sentyabrın 22-də I-IV siniflər üzrə yeni dərs ilinin ilk günü məktəbdə valideynlərin çoxluğu ilə əlaqədar pandemiya qaydalarından irəli gələn tələblərə riayət olunmasında müəyyən çətinlik yaranıb:

“Yaranmış gərgin vəziyyət və qan təzyiqimin yüksək olması səbəbindən çıxışımda “44 günlük Vətən müharibəsini” “24 günlük Vətən müharibəsi” kimi ifadə etmişəm.

Bir pedaqoq və məktəb rəhbəri kimi bütün bunların anlayışla qarşılanacağına inanıram”.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən saytımızınsorrğusuna cavab olaraq bildirilib ki, məsələ diqqət mərkəzində saxlanılır.

Qeyd edək ki, Bənövşə Cəfərova Samux rayon icra başçısı Alı Qocayevin həyat yoldaşıdır.

http://baku.tv/embed/44366

Həmçinin oxuyun

Vətən müharibəsi şəhidlərinin yeni siyahısı açıqlandı

Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yeni siyahısını açıqlayıb. Nazirlikdən bildirilib ki, Azərbaycan …