Tahirə Ağasıyevə deyir ki, həmin gün Icra Hakmiyyətinin işçiləri 3 saat onun qapısında gözləyib, ona ərizə yazdırdıqdan sonra gediblər. Ərazidəki bəzi sakinlər də tikintidən narazı olduqlarını deyirlər.
Şikayətçi onu da deyir ki, İcra Hakimiyyətinin işçiləri tikinti aparılan ərazinin SOCAR-a aid olduğunu desələr də, sakinlər bu ərazidə yalnız birincinin işçilərini görüblər. Tahirə Ağasıyevanın söylədyinə görə, bundan sonra başına bir iş gəlsə, bunun səbəbkarının Adil Vəliyev olması ilə bağlı artıq 102 xidmətinə də məlumat verib.
Meydan Tv şikayətçi ilə birgə Sabunçu Rayon İcra Hakimiyyətində olub. Mühafizəçi qurumun mətbuat xidmətinin olmadığını, icra başçısına jurnalistin və şikayətçinin gəldiyini bildirdiyini deyib. Cümə günü Adil Vəliyevin saat 17:00-dək qəbul saatı olsa da, o, saat 16:00 radələrində, haqqındakı ittihamlara cavab vermədən binanı tərk edib.
İş saatı bitdiyindən SOCAR-ın mövqeyini öyrənmək mümkün olmayıb. Meydan Tv məsələni diqqətdə saxlayacaq.