Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Cəmiyyət / İcra başçısı niyə işdən çıxarıldı? – Millət vəkili

İcra başçısı niyə işdən çıxarıldı? – Millət vəkili

Qubanın işdən çıxarılan icra başçısı Yaşar Məmmədovun fəaliyyətində nöqsanlar var idi.

Bunu Azvision.az-a açıqlamasında Qubadan seçilən millət vəkili Vahid Əhmədov bildirib.

“Onun fəaliyyəti dövründə Qubanın inkişafı ilə bağlı ciddi irəliləyiş olmayıb. Düzdür, müəyyən nöqsanları var idi”, – deputat bildirib.

Millət vəkili yeni icra başçısından gözləntilərini açıqlayıb. İnanır ki, Ziyyədin Əliyevin fəaliyyəti uğurlu olacaq: “Yeni icra başçısı yol idarəsində işləyib. Hesab edirəm ki, o, insanlarla münasibəti olan şəxsdir. Düşünürəm ki, müsbət irəliləyişlər olacaq və insanlarla mütəmadi əlaqə saxlayacaq”.

Qeyd edək ki, ötən həftə Prezident İlham Əliyevin sərəncam ilə Quba rayon İcra Hakimiyyətinin başçısı Yaşar Qəhrəman oğlu Məmmədov tutduğu vəzifədən azad edilib. Onun yerinə Ziyəddin Əliyev təyin edilib. Yeni icra başçısı bu vəzifəyədək “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin Bakı 2 №-li Yol İstismarı MMC-nin rəhbəri olub.

Həmçinin oxuyun

Son damla qanına qədər Kəlbəcərdə qalmalı olan keşiş dabanına tüpürüb İrəvana qaçdı

Erməni xalqı cəbhədə və masa arxasındakı rüsvayçı məğlubiyyətdən bütün müstəvilərdə öz nəsibini alır. Xalq olaraq …