Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Cəmiyyət / İcra başçısı minaya düşən gəncin vəziyyətindən danışdı

İcra başçısı minaya düşən gəncin vəziyyətindən danışdı

Bir neçə gün öncə Tərtər rayonu Həsənqaya kənd sakini Azad Həsənovun neytral zonada minaya düşdüyü barədə məlumat vermişdik. 1996-cı il təvəllüdlü Azad Həsənov Bərdə Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Modern.az saytı məsələni diqqətdə saxlayaraq, son durumu öyrənməyə çalışıb.
Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovbildirib ki, Azad Həsənovun vəziyyəti normaldır:
“Azad Həsənovla mütəmadi olaraq maraqlanıram. Vəziyyəti düzəlməyə doğru gedir. Bilirsiz ki, minanın ətrafa yayılan qəlpələri Azadın bədənin müxtəlif hissələrinə xəsarət yetirib. Ancaq onun bir ayağının pəncəsi amputasiya olunub. Hazırda cəbhədə sakitlikdir. Buna baxmayaraq düşmənin xisləti bəllidir”.
Qeyd edək ki, bu, Kəlbəcər rayonundan məcburi köçkün olan Azad Həsənovun ailəsində yaşanan ilk faciə deyil. Belə ki, 2016-cı ilin aprel döyüşləri ərəfəsində ermənilərin Həsənqaya kəndini artilleriya atəşinə tutması nəticəsində Azadın 16 yaşlı bacısı Həsənova Turanə Kamandar qızı həlak olmuşdu.

Həmçinin oxuyun

Ermənilərə qan udduran 3 generalımız Türkiyə mətbuatının da diqqətini çəkdi – FOTO

Azərbaycan Ordusu düşməni böyük məğlubiyyətə uğradaraq torpaqlarımızı işğaldan azad etməyə davam edir.27 il sonra ərazi …