Şənbə , Aprel 1 2023
Ana səhifə / Cəmiyyət / İcra başçısı: “İntihar edən qazi Elvin Cəfərov dövlətin diqqət və qayğısı ilə əhatə olunmuşdu”

İcra başçısı: “İntihar edən qazi Elvin Cəfərov dövlətin diqqət və qayğısı ilə əhatə olunmuşdu”

“İntihar edən qazi Elvin Cəfərov əvvəlki dövrlərdə dəfələrlə qəbulumda olub. Nə vaxt gəlibsə, qəbul etmişəm. Son zamanlar ondan xəbərim olmayıb. Elvin Cəfərovun nə tələbi olubsa, hamısı həyata keçirilib, qayğı ilə əhatə olunan qazilərdən biri olub”.

Pravda.az-ın xəbərinə görə, bunu Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov deyib.

S.Cabbarovun sözlərinə görə, E.Cəfərov ictimai işlərə cəlb olunubmuş: “Mənzil növbəsində idi. Üzərində iş gedir…”

O bildirib ki, qazi özünü icra hakimiyyətinin inzibati binasının deyil, Mədəniyyət Evinin qarşısında yandırıb: “Məsələ ilə hüquq mühafizə orqanları məşğuldur. Özünü niyə yandırdığı araşdırmadan sonra bilinəcək. O, Maştağada dispanserdə qeydiyyatda olub, intihar etməsi dövlətin diqqətsizliyi ucbatından olmayıb. Bunu siyasiləşdirmək düzgün deyil”.

Həmçinin oxuyun

“Məqsəd Əhmədovu “silkələmək” ola bilər”

Məlum olduğu kimi, Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovla tanınmış prodüser və iş adamı İosif …