Şənbə , Sentyabr 25 2021
Ana səhifə / Cəmiyyət / İcra başçısı həbs ediləcəyi xəbərini eşidib rayondan qaçdı

İcra başçısı həbs ediləcəyi xəbərini eşidib rayondan qaçdı

DTX-nın Daşkəsəndə keçirdiyi əməliyyatın istintaqı davam edir.

Bir müddət öncə Daşkəsən rayonunun Xoşbulaq kənd Bələdiyyəsinin sədri Allahverdiyev Rasim Məhəmməd oğlunun və ləğv edilən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin müdiri işləmiş Şahbaz Mehdiyevin saxlanılmasıyla bağlı mediada məlumat yayılmışdı.
Hürriyyətin əldə etdiyi məlumata görə, Daşkəsən rayonunun Xoşbulaq kənd Bələdiyyəsinin sədri Allahverdiyev Rasim Məhəmməd oğlu verdiyi ifadəsində bildirib ki, vətəndaşlardan təsərrüfat ərazilərinin zorla alınması birbaşa Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin göstərişi ilə həyata keçirilib.

“Hürriyyət”in əldə etdiyi məlumata görə, Dövlət Təhükəsizliyi Xidmətinin əməkdaşları yenidən Daşkəsən rayonunda olublar. DTX əməkdaşlarının Daşkəsəndə olmasının əsas səbəbi isə torpaq sahələrinin vətəndaşlardan alınaraq işbazlara satılmasıyla bağlıdır. Ehtimala görə, qanunsuz olaraq işbazlara satılan torpaq sahələri birbaşa Daşkəsənin icra başçısı Əhəd Abıyevin vasitəsi ilə həyata keçirilib. Görünür ki, bu məsələ hüquq-mühafizə orqanları tərəfindən ciddi şəkildə araşdırılır.

GUNinfo.az xəbər verir ki, gələn məlumatlara görə, Daşkəsəndə qəfil başladılmış həbslər icra başçısını təşvişə salıb. Bildirilib ki, rayonda bələdiyyə və  icra nümayəndələrinin korrupsiyaya bulaşmasına birbaşa cavabdeh rayon rəhbəridir. Həbslərdən sonra havanın dumanlı gördüyünü görən icra başçısı Əhəd Abıyev məzuniyyət götürərək rayondan çıxıb. Bəzi mənbələr Ə.Abıyevin  həbslərdən qorxuya düşdüyünə görə xaricə qaçdılğını da bildirir.

Həmçinin oxuyun

Dükanlara borclu qalan Xalq artistimiz: Yerişini də itirmək üzrədir… – Fotolar

Lətifə Cahandar qızı Əliyeva 1 iyul 1944-cü ildə Qazaxın Yuxarı Salahlı kəndində anadan olub. 1964-cü …