Cümə axşamı , İyun 30 2022
Ana səhifə / Cəmiyyət / İcra başçısı Bayram Səfərov yenə Şuşaya buraxılmayıb

İcra başçısı Bayram Səfərov yenə Şuşaya buraxılmayıb

Şuşa şəhər icra hakimiyyətinin başçısı Bayram Səfərovun növbəti dəfə Şuşaya getmək istəyi baş tutmayıb.

Azinforum.az xəbər verir ki, bu barədə Gununsesi.info-ya Şuşa Şəhər İcra Hakimiyyətinin adının çəkilməsini istəməyən əməkdaşlarından biri söyləyib.

Məlumata görə, bu günlərdə Şuşaya səfər etmək istəyən icra başçısı ilə polis şöbəsinin rəisi Səməd Məhərrəmov arasında mübahisə yaranıb.

İcra başçısının rayona gəlmək istəyinə qarşı çıxan şöbə rəisi icra başçısı ilə mübahisə edib.

Belə ki, Bayram Səfərova rayona gəlmək üçün Şuşa Şəhər Qoruq İdarəsinin rəisi Məftun Abbasovdan icazə almalı olduğunu deyən polis rəisi əks təqdirdə onun rayona buraxılmayacağını bildirib.

Bayram Səfərovun Məftun Abbasova müraciəti isə  “yox” cavabı ilə nəticələnib.

Yalnız bir dəfə Şuşaya gedən icra başçısı  Xarıbülbül festifalında qonaq qismində iştirak edib.

Görünür, Şuşaya yolunun açıldığını düşünən Bayram Səfərov bu dəfə ona maneçilik törədilməyəcəyini zənn edib.

Onu da qeyd edək ki, Bayram Səfərov bir neçə ay əvvəl də eyni vəziyyətlə üzləşmişdi

Həmçinin oxuyun

“Azərxalça”nın sabiq sədrinin ailəsi 30 milyonluq əmlakını geri tələb edir

“Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri, 2021-ci il noyabrın 5-də – ev dustaqlığına buraxılandan 5 …