Cümə axşamı , İyun 20 2019
Ana səhifə / Cəmiyyət / İcra başçısı “Açıq mikrofon” təşkil etdi FOTOLAR (VİDEO)

İcra başçısı “Açıq mikrofon” təşkil etdi FOTOLAR (VİDEO)

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, birinci müavini Şahmar İbadov, millət vəkili Adil Əliyev, Rayon Polis İdarəsinin rəisi, polkovnik Vaqif Müslümov, rayon bələdiyyəsinin sədri və digər rəhbər şəxslər sakinlərin müraciətlərini qəbul ediblər.

Tədbiri giriş sözü ilə açan icra başçısı Abdin Fərzəliyev sakinləri salamlayaraq, rayon ərazisində aparılan abadlıq işlərindən danışıb.

Daha sonra “Açıq mikrofon” qarşısına keçən sakinlər problemlərini səsləndiriblər. Çıxış edən 20-ə yaxın sakin müxtəlif problemlərdən danışıblar. İcra başçısı Abdin Fərzəliyev məsələni yerində dinləyib, rayonun müvafiq qurumlarına tapşırıqlar verib.

Tədbirdə iştirak edən millət vəkili Adil Əliyev musavat.com-a bildirdi ki, bu cür görüşlərin təşkili vətəndaşlara verilən diqqətin göstəricisdir:

 “Gördüyünüz kimi icra hakimiyyətinin başçısı və sakinlər arasında görüş baş tutdu. Orada sakinlərin müxtəlif problemləri səsləndirildi və həlli istiqamətində hörmətli icra başçısı Abdin Fərzəliyev onları dinlədi, öz tapşırıqlarını verdi. Bununla yanaşı gördüyünüz ərazidə vətəndaşların istifadəsinə verilmiş, belə bir gözəl parkın açılışının şahidi olduq. Onu da bildirim ki, bu cür nümunəvi parkların açılışı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və xüsusilə Leyla Əliyevanın təşəbbüssü ilə istifadəyə verilib. Belə abad həyətlərin sayının getdikcə artdığın müşahidə edirik. Bu da təbii ki, ölkəmizin sosial-iqtisadi göstəricilərindən irəli gəlir.

Bu gün sakinlər həm parkın açılışına sevindilər, həm də üzləşdikləri problemlərlə bağlı fikirlər səsləndirdilər, müraciətlər etdilər. Bu da çox sevindirci haldır ki, icra başçısı və vətəndaşlar arasında mütəmadi olaraq görüşlər olur. Ola bilsin ki, vətəndaşlar müəyyən məsələlərdən dolayı icra hakimiyyətinə gedə bilmirlər, ancaq burada rahat şəkildə öz problemlərini aidiyyatı qurumun nümayəndlərinə ünvanlaya bilirlər”.

Musavat.com

Həmçinin oxuyun

Dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 14-də dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər …