Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / “İCRA BAŞÇILARINI ZİNDANLARDA ÇÜRÜDƏRDİM…” – Deputatdan şok fikirlər

“İCRA BAŞÇILARINI ZİNDANLARDA ÇÜRÜDƏRDİM…” – Deputatdan şok fikirlər

“Alnım açıqdır. Dövlətin bir dənə də olsun layihəsində, tikintisində, təmirində iştirak etməmişəm…”

 

“Bu gün bizim qanunlarımızda həddindən artıq boşluqlar var”. Milli Məclisin üzvü Adil Əliyev ölkə.az saytına müsahibəsində deyib. Deputat “Əlinizə fürsət düşsə, Azərbaycanda nəyi dəyişərdiniz” sualına cavabında bildirib ki, qanunları həddən artıq sərtləşdirə, hətta edam cəzasını tətbiq edərdi.

“Rüşvət və korrupsiya cinayətlərinə görə müəyyən sərt qanunlar, məsələn, asmaq, edam etdirmək, qolunu kəsdirmək kimi cəzalar tətbiq edərdim. Qərarların icrasına şəxsən nəzarət edərdim. Çox şey edərdim. Qanunsuz torpaq satandan tutmuş, qanunsuz tikintiyə icazə verən icra başçılarına kimi, hamısını həbs etdirib, ömürlük zindanlarda çürüdərdim”.

Deputatın müsahibəsindən daha bir maraqlı məqam: “Heç kimə borcum yoxdur. Alnım açıqdır. Dövlətin bir dənə də olsun layihəsində, tikintisində, təmirində iştirak etməmişəm. Kiminsə mətbəxinə girmək fikrim yoxdur. Kiminsə çirkli paltarlarını eşələmirəm. İrad tutanlar var. Dəvət edirəm, yığışıb gəlsinlər, müzakirə edək”.

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …

Bir cavab yazın