Cümə , Yanvar 22 2021
Ana səhifə / Cəmiyyət / “İcazə işə gedib-gəlmək üçün verilir” – Kamran Əliyev

“İcazə işə gedib-gəlmək üçün verilir” – Kamran Əliyev

İcazə portalına adları daxil edilmiş şəxslər bundan sui-istifadə etməməlidir.

Bunu Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, həmin şəxslər başa düşməlidir ki, onlara verilən icazə işə gedib-gəlməsi üçün nəzərdə tutulub.

“Əvvəllər müşahidə edirdik ki, vətəndaşın işlədiyi yer başqa ünvanda, yaşadığı ünvan başqa yerdədir, amma nəqliyyat vasitəsi tamamilə başqa yerdə saxlanılıb. Məsələn, Binəqədi ərazisindən Səbailə getmək üçün Xətai rayonu ərazisinə gedir. Belə sui-istifadə hallarına yol vermək düzgün deyil”.

Həmçinin oxuyun

19 hərbi prokurorluq işçisi intizam məsuliyyətinə cəlb olunub

Ötən il hərbi prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi də diqqət …