Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Cəmiyyət / İcarəyə götürülən maşını bu halda satmaq olar – DİQQƏT!
Salesman handing over car keys in dealership

İcarəyə götürülən maşını bu halda satmaq olar – DİQQƏT!

Ötən gün Bakıda baş verən qəribə olay eşidənləri təəccübləndirib. İcarəyə götürdüyü maşını satan şəxs haqqında saytımızda məlumat vermişdik. Məsələnin qanuni tərəflərini araşdırmaq məqsədilə hüquqşünas Nicat Gözəlovla əlaqə saxladıq.

Hüquqşünas Femida.az-a bildirdi ki, bu məsələlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Notariat haqqında qanun və Notariat hərəkətlərin aparılması qaydaları haqqında təlimatla tənzimlənir:

“İcarəyə verən tərəf yalnız sürmək üçün etibarnamə veribsə, heç vaxt ikinci şəxs maşını üçüncü şəxsə sata bilməz. Qanun buna icazə vermir. Satış yalnız o halda mümkündür ki, etibarnamədə mülkiyyəti satmaq, bağışlamaq və s. hüquqlar verilsin. Əks təqdirdə maşının əsas sahibi məhkəməyə müraciət edib, maşınını geri almaq və dəymiş ziyanın ödənilməsi ilə bağlı iddia qaldıra bilər.

Daşınar əmlakın, yəni avtomobilin qanuni şəkildə özgəninkiləşdirilməsi üçün onun sahibi (mülkiyyətçisi) əmlak üzərində həbs və digər məhdudiyyətlər yoxdursa, istənilən vaxt istədiyi şəxsə və ya bilavasitə, ya da baş etibarnamə verdiyi 3-cü şəxs vasitəsi ilə sata və başqa cür özgəninkiləşdirə ( sata, bağışlaya, girov qoya və v.) bilər. Başqa cür qanuni satışın yolları və əsasları yoxdur“.

Nə etməli?

Hüquqşünasın sözlərinə görə, belə hallarla qarşılaşan zaman ilk növbədə Baş Dövlət Yol Polisi İdarəsinə sorğu verib öyrənmək lazımdır ki, üçüncü şəxs avtomobili hansı əsasla idarə edir. Əgər orada bunun hansısa notarial qaydada edildiyi bəlli olsa, o zaman məhkəməyə müraciət edib əmlak geri tələb etmək lazımdır.

Analoji hallar adətən icarəyə avtomobil götürüb taksi fəaliyyəti ilə məşğul olan şəxslər və icarəyə verən arasında yaşanır. Başqa bir məsələ də icarə pulunun ödənilməməsidir. Adətən onlar şifahi razılaşma ilə bu işi görürlər. Əgər şəxslərin aralarında yazılı razılaşma yoxdursa, avtomobilin sahibi icarə verdiyi adamdan icarəyə verərkən danışılmış pulunu tələb edə bilməyəcək.

Belə hadisələrdə çox güman ki, aralarında icarə razılaşması olsa da, icarəyə götürənə baş etibarnamə verilir və sonuncu bu etibarnamədən sui-istifadə edir.

“Rent a Car”larda durum 

“Rent a Car”lar adətən qısa müddətli icarəyə verdiyi üçün yol vərəqi və ya sadəcə maşını sürmək hüququ verən etibarnamə vasitəsilə avtomobil icarəyə verirlər. Odur ki, çox vaxt hüquqi şəxslərdən icarəyə götürülmüş avtomobillərlə bağlı bu cür problem olmur.

Etibarnamə ləğv oluna bilərmi?

Mülki Məcəllənin 365-ci maddəsinin bəndlərinə əsasən, müddəti bitdikdə, sənəddə nəzərdə tutulan hərəkətlər həyata keçirildikdə, onu vermiş şəxs etibarnaməni ləğv etdikdə, sözügedən vəkalətin verildiyi şəxs imtina etdikdə, adından, həmçinin adına etibarnamə verilmiş hüquqi şəxslərə xitam verildikdə, etibarnaməni vermiş fiziki şəxs öldükdə, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyəti və ya xəbərsiz itkin düşmüş sayıldıqda sözügedən sənəd qüvvədən düşür.
Beləliklə pul ödəyib avtomobil alırsız və bu zaman məlum olur ki, siz avtomobilsiz qala bilərsiz.

Həmçinin oxuyun

19 hərbi prokurorluq işçisi intizam məsuliyyətinə cəlb olunub

Ötən il hərbi prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi də diqqət …