Bazar ertəsi , Noyabr 23 2020
Ana səhifə / Cəmiyyət / İçərişəhərdə siqaret qadağasına əməl olunmur? – Cavab

İçərişəhərdə siqaret qadağasına əməl olunmur? – Cavab

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi tərəfindən ərazidə yerləşən kafe və restoranlarda tütündən istifadə olunması məsələsinə aydınlıq gətirilib.

İdarənin mətbuat xidmətinin baş məsləhətçi Səfayə Əhmədova Azvision.az -a açıqlamasında bildirib ki, İçərişəhər ərazisində tütün məmulatlarından istifadənin məhdudlaşdırılması bütün ölkə boyunca tətbiq edilən “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunu və bu sahəni tənzimləyən digər normativ-hüquqi aktlar əsasında həyata keçirilir.

““İçərişəhər” DTMQ ərazisində təbii olaraq eyni məhdudiyyətlər tətbiq edilir və onlara riayət edilməsinə “İçərişəhər” DTMQ İdarəsinin müvafiq struktur qurumları tərəfindən daim nəzarət edilir”.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı ölkəmizdə tütünçəkmə ilə mübarizə sahəsində qoyulan bəzi məhdudiyyətlərə əməl edilmədiyini deyib. Onun sözlərinə görə, İçərişəhər tütündən azad zona olsa da, orada siqaret qadağasına əməl olunmur.

H.Harmancı vurğulayıb ki, İçərişəhərdə fəaliyyət göstərən kafelərdə insanlar siqaret çəkməkdə davam edirlər.

Həmçinin oxuyun

Xudavəng monastırı ilə bağlı erməni yalanları – VİDEO

Azərbaycan ordusunun Kəlbəcər şəhərinə daxil olmasına sayılı günlər qalıb. Bu ərəfədə mənfur düşmən məkrli əməllərindən əl …