Cümə axşamı , İyul 7 2022
Ana səhifə / Cəmiyyət / İçərişəhər qala divarlarında bəprpa işləri davam edir

İçərişəhər qala divarlarında bəprpa işləri davam edir

İçərişəhərdə dünya, ölkə və yerli əhəmiyyətli abidələrin qorunub saxlanılması, arxeoloji, mühafizə, bərpa işlərinin aparılması, tarixi-memarlıq abidələrinin elmi, tarixi və mədəni cəhətdən öyrənilməsi, eləcə də ənənəvi küçə şəbəkələrini olduğu kimi saxlamaqla turizm infrastrukturu qurulması sahəsində əsaslıişlərin aparılması İdarənin prioritet fəaliyyət istiqamətlərindənbiridir.

Son illər ərzində Qız qalası, Şirvanşahlar Sarayı Kompleksi, Məhəmməd məscidi, Dördbucaqlı qala, Bəylər məscidi, Qaladivarları və s. kimi dünya və ölkə əhəmiyyətli tarixi-memarlıqabidələrində uğurla tamamlanmış çoxsaylı bərpa vəkonservasiya işləri bunun bariz nümunəsidir.

Memarlıq abidələri üzərində aparılan bərpa işləri Avropanınaparıcı bərpa şirkətləri ilə birlikdə və yerli mütəxəssisləri cəlb etməklə həyata keçirilir. Bərpa işləri beynəlxalq standartlaracavab verən ən müasir texnologiyalar ilə həyata keçirilir.

Bərpa və konservasiya işləri zamanı İçərişəhər ərazisində yerləşən abidələrin qədimliyi və ənənəvi memarlıq üslubu qorunub saxlanılır, burada yaşayan əhalinin təhlükəsizliyi təmin edilir. Bunu nəzərə alaraq, Azərbaycan Memarlar İttifaqının, Azərbaycan Milli Elmlər Akademiyasının və digər yerli ixtisaslaşmış təşkilatların mütəxəssis və memarları ilə məsləhətləşmələr edilir, müvafiq standartlara uyğun xüsusi qurğu və avadanlıqlar tətbiq edilərək həyata keçirilir. Hər bir iş icra edilmədən öncə bu sahədə ətraflı təhlillər aparılır, hazırlıq işləri görülür, daha sonra işin planı təsdiq edilərək, ona uyğunhəyata keçirilir.

“İçərişəhər” DTMQ İdarəsi tərəfindən hər il olduğu kimi tarixi abidələrimizin qorunub saxlanması məqsədilə bərpa-restavrasiya planına əsasən aparılan işlər 2022-ci ildə də davam etdirilir. İdarə İçərişəhərin bütün Qala divarları boyunca konservasiyaprosesi planını nəzərdən keçirməkdədir və bu plana uyğun olaraq hazırda bərpa işləri aparılır. Bu planın qarşıdakı illər ərzində tədricən həyata keçirilməyi nəzərdə tutulur. Bərpa və konservasiya işləri zamanı İdarə qabaqcıl dünya təcrübəsinin tətbiqinin önəmini anlayaraq bu sahədə beynəlxalq yenilikləri daim diqqətdə saxlayır.

“İçərişəhər” DTMQ İdarəsi hər zaman milli tariximizin və mədəniyyətimizin nadir incisi olan qədim İçərişəhərin qorunması və saxlanması üçün lazımi tədbirlər görülməkdədir.

Həmçinin oxuyun

Nazim İbrahimovun bir qardaşının da adı fırıldaqçılıqda hallanır – Bir evi bir neçə şəxsə satıb? – VİDEO

Paytaxtda intihara cəhdin qarşısı alınıb. “Unikal” xəbər verir ki, bir xanımın özünü tikilməkdə olan binanın üstündən …