Bazar ertəsi , Yanvar 18 2021
Ana səhifə / Cəmiyyət / İBAD HÜSEYNOV:  “VASİF TALIBOV DÖVLƏTİNƏ ŞƏRƏFLƏ XİDMƏT EDİR”

İBAD HÜSEYNOV:  “VASİF TALIBOV DÖVLƏTİNƏ ŞƏRƏFLƏ XİDMƏT EDİR”

Qarabağ müharibəsinin tanınmış qazilərindən olan İbad Hüseynov  bu yaxınlarda  Naxçıvana etdiyi səfərdən danışıb. İbad Hüseynov ona göstərilən qayğı və diqqətə görə, Naxçıvan  rəhbərliyinə təşəkkürünü bildirib. Azinforum.az İbad Hüseynovun bu xüsusda olan fikirlərini təqdim edir:

” Naxçıvan Azərbaycanın ayrilmaz hissəsi və zəngin tarixi olan diyardir..1995-1996-cı illərlə müqayisədə bu gün Naxçıvan çiçəklənən bir şəhərə çevrilib. Naxçıvan dahilər yetişdirib… Ulu öndərimiz Heydər Əliyevin layiqli davamçılarından olan cənab Vasif Talibov demək olar ki, Naxçıvanı yenidən yaratdı. Naxçıvana addım atan hər kəs gorür ki, Naxçıvan bu gün necə gözəlləşib, inkişaf edib… yeni-yeni layihələr, içtimai obyektlər, tarixi yerlərin abadlaşdırılması, yenidən bərpası…. Təbii ki, bütün bu ugurlu siyasətin, inkişafın arxasında gecə-gündüz çalışan, ömrünü Naxçıvanın çiçəklənməsinə həsr edən Vasif Talıbov kimi bir rəhbər var.

İlk dəfə Naxçıvana getməyim yadıma düşdü… Məni çox mehribanlıqla, yüksək səviyyədə qarşıladılar. MTN-ə dəvət elədilər, sonra cənab Vasif müəllimə bildirdilər ki, Naxçıvana belə bir adam gəlib. Dərhal mənə öz diqqətini, qayğısını göstərdi, məni qəbul etdi. Gözləmədiyim səmimiyyətlə məni qarşıladı, maraqlı söhbətlərimiz oldu, mənim üçün yadda qalan və tarixi bir görüş oldu. Görüşdə cənab Vasif Talıbov mənə Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə və Azərbaycan dövlətçiliyinin inkişafında mühüm rola malik olan Naxçıvan Muxtar Respublikasının yaradılmasının 85 illik yubileyi münasibətilə buraxılmış Xatirə sikkəsini təqdim etdi. Eyni zamanda məni Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 85 illik yubileyi şərəfinə buraxılmış xatirə sikkəsi ilə də mükafatlandırdı. Təbii ki, mənə göstərilən diqqət və ehtirama gorə mən Naxçıvan Muxtar Respublikasının rəhbərliyinə xüsusi olaraq təşəkkur edirəm. Vasif müəlim dövlətinə şərəflə xidmət edir və necə ki, Ulu Öndərimiz xüsusi addımları ilə özündən sonrakılara örnək olub, Vasif müəllim də həmçinin özündən sonrakılara örnək olaraq qalacaqdır. Tarixi tarix olaraq yaşadan da elə rəhbərlər, liderlərdir. Mən də özümü xoşbəxt və şanslı vətəndaş hesab edirəm ki, tarixi insanların diqqəti, sevgisi hər zaman üzərimdə olub. Mən ora nə zaman getsəm eyni cür sevgini və diqqəti görürəm. Mən hər yerdə, hətta bir neçə televiziya kanallarında da demişəm Naxçıvanın çox vətənpərvər, diqqətli insanları var. Bu barədə çox danışmışam. Hətta bir çoxları məni Naxçıvanlı bilirdilər…”

Həmçinin oxuyun

Bəhram Bağırzadə Bakının qədim kəndi haqda: “Özümü Avropa şəhərində hiss etdim” – Fotolar

Əməkdar artisti Bəhram Bağırzadə Bakının qədim kəndlərindən biri olan Bibiheybətdə olub. Əməkdar artist kənddə gördüyü …

Bir cavab yazın