Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Hövsandakı 280 saylı məktəbdə açıq alver

Hövsandakı 280 saylı məktəbdə açıq alver

Hövsandakı 280 saylı məktəbdə şagirdlərdən Müəllimlər Günü ilə əlaqədar pul yığılır.

Bu barədə tanınmış tərcüməçi Nadir Qocabəyli öz Facebook səhifəsində məlumat verib.

Nadir Qocabəylinin yazdığına görə, 1-ci sinfə dərs deyən müəllimə Valideyn Şurasının sədrinə “Qarşıdan müəllimlər günü gəlir, neyləyəcəksiz?” deyib.

Valideyn də cavab verib ki, adam başına 10 manatdan yığırıq.

Müəllimə isə bildirib ki, mən sizinçün dilənçi-zad deyiləm.

Bundan sonra Valideynlər Şurasının sədri 20 manatdan yığacaqlarını bildirib və müəllimə bu məbləğə razılaşıb.

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …

Bir cavab yazın