Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / HİKMƏT USUBOV 24-CÜ BÖLMƏNİN RƏİSİ OLDU

HİKMƏT USUBOV 24-CÜ BÖLMƏNİN RƏİSİ OLDU

Azinforum.az-ın APA-ya istinadən məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov bununla bağlı müvafiq əmrlər imzalayıb. Əmrlərə əsasən, Suraxanı rayon Polis İdarəsinin əməliyat işləri üzrə rəis müavini Akif Nəzərli xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Onun yerinə hələlik təyinat yoxdur.

Bundan başqa, Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin rəisi Samir Qurbanov öz ərizəsi ilə daxili işlər orqanlarından xaric edilib.

Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin rəisi Tuncay Abbasov tutduğu vəzifədən azad edilərək 33-cü Polis Bölməsinin rəisi, Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin rəisi Eldar Qazıbəyov tutduğu vəzifədən azad edilərək 30-cu Polis Bölməsinin rəisi vəzifəsinə təyinat alıb.

E. Qazıbəyovun yerinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, təqaüdə göndərilən A. Nəzərli 2014-cü ilin fevralında yaşadığı evin qarşısında əvvəllər məhkum olunmuş Gülağa Lətifov tərəfindən güllələnib. Uzun müddət müalicə alan rəis müavini işə qayıtdıqdan bir il sonra təqaüdə göndərilib.

33-cü Polis Bölməsinin rəisi vəzifəsinə təyinat alan Tuncay Abbasov isə deputat Aqil Abbasın oğludur.

Azinforum.az-ın əldə etdiyi məlumata görə,  Nərimanov rayonu 18-ci polis bölməsinin rəisi Hikmət Usubovun da xidməti yeri dəyişdirilib. O, Nizami rayonu 24-cü polis bölməsinə rəis göndərilib. Yəqin ki, bu təyinatla bağlı  rəsmi əmrin imazalnması barədə məlumat yaxın günlərdə açıqlanacaq. Qeyd edək ki, Hikmət Usubov daxili işlər naziri Ramil Usubovun qardaşı oğludur. İş saatı olmadığı ücün xəbəri  Dxili İşlər Nazirliyi ilə dəqiləşdirə bilmədik.

AZİNFORUM.AZ

Həmçinin oxuyun

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər – VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az …

Bir cavab yazın