Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Cəmiyyət / Heydərov qardaşlarının daha iki şirkəti ləğv edilir

Heydərov qardaşlarının daha iki şirkəti ləğv edilir

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailəsinin biznes konqlomeratına daxil olan “Cafe Baku Limited” (2011-ci ildə yaradılıb) və “Azerbaijan Juices Limited” (2009) şirkətləri könüllü ləğv olunduğunu elan edib.

Böyük sərvətə sahib olduqları Birləşmiş Ərəb Əmirliklərində və Böyük Britaniyada yaşayış izni olan Heydərov qardaşları bir neçə il əvvəl Londondakı aktivlərini Gernsi adalarındakı offşor şirkətlərdən birinə köçürdülər. Ləğv olunan şirkətlərin cari aktivləri təxminən 22 min – 30 min funt sterlinqdir. /Turan

Həmçinin oxuyun

Məktəblər ikinci yarımilin əvvəlində açılacaqmı? – AÇIQLAMA

Bu gün təhsil prosesində təmsil olunan hər kəsi məktəblərdə və universitetlərdə ənənəvi təhsil formasının sərt …