Cümə axşamı , Mart 28 2024
Ana səhifə / “Heydər Əliyevlə Elçibəy birlikdə hərəkət etsəydi…”

“Heydər Əliyevlə Elçibəy birlikdə hərəkət etsəydi…”

Azinforum.az xəbər verir ki, millət vəkili Fazil Mustafa  sabiq “çekist” İlham İsmayılının  Elçibəy barədə işlətdiyi fikirlərə cavab verib. Millət vəkilinin fikirlərini təqdim edirik:

“Elçibəy klan, yerliçilik ,Əliyevə olan məhəbbəti prinsiplərindən hakimiyyəti təhvil verib.”

“Bu sözlər İlham İsmayıl cənablarına məxsusdur. Bu cür fikirlər illərdir cəmiyyədə dedi-qodudan intellekt formalaşdırmış bir çox insanlar tərəfindən efirə buraxılır. Əslində bu kimi tezislər qəribə bir xəstəliyin əlamətlərini özündə daşıyır. Bu dedi-qodu mühakiməsinin qısaca məğzi budur ki, Elçibəy Heydər Əliyevə işləyirmiş, ona görə də hakimiyyəti qəsdən ona ötürüb. İndi deyin görüm, dünyada ağlı başında olan hansısa insan tanıyısınızmı ki, əlindəki hazır hakimiyyəti başqasına buraxıb, özü və komandası da əziyyət içində yaşasın?

Belə çıxır ki, Mütəllibov da Elçibəyə işləyirmiş, o da bir oyun qurub hakimiyyətini Elçibəyə ötürübmüş…Elçibəy və onun komandası, içi bəndəniz qarışıq Gəncədə başlayan hərbi qiyamı beşiyində boğa bilməyib və məğlub olub, özü də tam səriştəsizlikdən məğlub olub, bu məğlubiyyət prosesində o dövrdə daha çevik və qabiliyyətli siyasətçi olan Heydər Əliyev də mərhələ-mərhələ hakimiyyəti götürüb. Heydər Əliyevlə Elçibəy birlikdə hərəkət etsəydilər, elə hakimiyyəti də birlikdə bölüşdürərdilər- burada əlahəzrət məntiq bunu deyir.

Halbuki, Heydər Əliyev Surət Hüseynovla birləşdi və referendum yolu ilə Elçibəyin hakimiyyətdən uzaqlaşdırılmasını təmin etdi. İnanın, əgər deyilərsə ki, Elçibəy bacarıqsızlıqdan, səriştəsizlikdən hakimiyyəti verdi, buna qətiyyən reaksiya vermərəm, subyektiv dəyərləndirmədə haqlılıq payı ola biləcəyini qəbul edərəm.

Elçibəyə klançılığı, yerliçiliyi yapışdırmaq, sadəcə Allahsızlıqdır. Götürüb o bir illik iqtidardakı nazirlərin, rektorların, prokurorların, polis rəislərinin siyahısına və bilavasitə bölgə mənsubiyyətinə baxsanız, iddiamın sadə təsdiqini dərhal taparsınız. Və tam məsuliyyətimlə deyirəm, əgər Elçibəy, klançılıq və yerliçilik etsəydi, heç hakimiyyətdən də belə tezliklə getməzdi…Ancaq hər zaman düşünmüşəm ki, yaxşı ki, bunu etmədi və hətta xaraktercə bunu edəcək bir insan da deyildi…Çünki hakimiyyət deyil, dəyərlər qalıcıdır. Bunu mərhum Elçibəy, çox,çox, çox dəqiq bilirdi…”

AZİNFORUM.AZ

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …

Bir cavab yazın