Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Heydər Əliyevin 1994-cü ildəki məşhur taktikası Türkiyə siyasətində də kara gəldi

Heydər Əliyevin 1994-cü ildəki məşhur taktikası Türkiyə siyasətində də kara gəldi

Birmənalı şəkildə demək olar ki, Ərdoğanı son proseslər zamanı hakimiyyətdə xalqın verdiyi dəstək saxladı. Artıq dövlət televiziyasından çevrilişin olması rəsmən elan olunmuşdu. Bütün dünya çevrilişin baş verdiyini ciddiyə aldı. Ancaq bir neçə dəqiqədən sonra Ərdoğan “Skype”la qiyamçı hərbçilərin əlinə keçməyən televiziyaların biri vasitəsilə xalqla təmas qura bildi.
O dərhal xalqı dövlətçiliyi qorumaq üçün küçələrə səslədi. Hadisələrdəki bu an məhz dönüş nöqtəsi oldu. Nəticədə insanlar küçələrə axışdı. Xatırlatmaq istəyirik ki, məlum taktikadan hələ 22 il əvvəl mərhum prezident Heydər Əliyev istifadə etmişdi. O vaxt Azərbaycanda dövlət çevrilişinə cəhd olundu.
1994-cü il oktyabrın 3-də Heydər Əliyevin xalqa müraciətindən sonra vətəndaşlar Prezident sarayının qarşısına axın etdi. Qısa müddət ərzində xalqla hakimiyyətin təması nəticəsində qiyam yatırıldı. Ərdoğanın Heydər Əliyevin taktikasından yararlandığını iddia etmək olarmı?
Politoloq Qabil Hüseynli “bakı-xeber”ə deyib ki,  bəli, Ərdoğan mərhum prezident Heydər Əliyev bu taktikadan məharətlə istifadə etdi:

“Görünür, təcrübəli siyasətçi kimi həmin detal Ərdoğanın yadında qalıbmış. O, xalqa çağırış etməsəydi, hakimiyyəti tamamilə əldən verə bilərdi. İstənilən halda, hərbi çevrilişə cəhd ölkəyə böyük ziyan vurdu. Türkiyənin turizm sektoru, kənd təsərrüfatı ağır yaralar aldı, ölkə xaos içindədir. Ancaq Ərdoğanın siyasəti heç bir vəchlə hərbi çevrilişə haqq vermir.
Baş Qərargahı ələ keçirdilər, Ankarada və İstanbulda televiziya nəzarətə götürüldü. Amma hərbi çevrilişin qarşısını sadə xalq aldı. Onlar küçələrə axışdıqda ordu təslim oldu. Çünki gördülər ki, daha çox sivilin ölümünün məsuliyyətini daşımaq var.
İlk dəfə Türkiyədə hərbi çevriliş məğlub oldu. Bu da xalqın siyasi şüuruna bağlıdır. Meydana ilk atılan da müxalifət oldu və AKP həmin an təəccüb içində idi. Ərdoğanın çıxışından sonra AKP tərəfdarı olan saqqallılar meydana çıxdı.
Ərdoğanın prezident idarəçiliyinə keçidlə bağlı referendumu boykot edilməlidir. Ondan sonra yeni seçkilərin keçirilməsi tələbi səslənə bilər. Xalq seçkilərdə Türkiyəni siyasi böhrandan çıxaracaq siyasi qüvvəyə dəstək verər”.
Məhəmmədəli QƏRİBLİ

 

Həmçinin oxuyun

Silah-sursat anbarının tikintisi ilə bağlı qalmaqal: 11 il həbs və 10 milyonluq əmlak müsadirəsi

Müdafiə Nazirliyinin sifarişiylə silah-sursat anbarının tikintisini öhdəsinə götürmüş “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənova 11 …

Bir cavab yazın