Ana səhifə / Cəmiyyət / Heydər Əliyev tələbə yoldaşları ilə – Fotolar

Heydər Əliyev tələbə yoldaşları ilə – Fotolar

Prezident İlham Əliyevin oğlu Heydər Əliyevin qrup yoldaşları ilə birgə yeni şəkilləri yayılıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Diplomatiya Akademiyasının (ADA) 3-cü kursunda təhsil alan Əliyevin fotolarını tələbə yoldaşları paylaşıb.

Xatırladaq ki, 1997-ci il təvəllüdlü Heydər Əliyev 2013-cü ildə 590 balla Azərbaycan Diplomatiya Akademiyasının beynəlxalq münasibətlər fakültəsinə daxil olmuşdu.

Bundan əvvəl də, prezidentin oğlunun qrup yoldaşları ilə universitetdə və universitetdənkənar asudə vaxtlarında çəkilmiş fotoları yayılmışdı. Yerli televiziyalara müsahibəsində Heydər Əliyev oxuduğu təhsil müəssisəsinin xaricdəkilərdən fərqlənmədiyini bildirmişdi. O, bəzən boş vaxtlarında dərsdən sonra da qrup yoldaşları ilə birgə universitetdə qaldığını qeyd etmişdi.
Heydər Əliyev tələbə yoldaşları ilə -  Fotolar

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın