Cümə axşamı , Avqust 13 2020
Ana səhifə / Cəmiyyət / “Heç vaxt mazut iyi gələn adamın yanında oturmuram” – Vasif Məhərrəmli (VİDEO)

“Heç vaxt mazut iyi gələn adamın yanında oturmuram” – Vasif Məhərrəmli (VİDEO)

Əməkdar artist Vasif Məhərrəmli kişilərinin estetik-plastik əməliyyatlara müraciət etməsini müsbət qarşılayıb.

Unikal.org xəbər verir ki, ifaçı özünün də saç əkdirdiyini xatırladaraq onlara haqq qazandırıb:

“Kim edirsə, normal baxıram. Saç əkimi məndə də olub, danmayacam. Heç də peşiman deyiləm. Elə bir insan ola bilməz ki, onun saçları tökülsün, kompleks yaşamasın. Mümkün deyil! Ələxxüsus da səhnə adamı. Səhnə gözəllik, qədd-qamət, yaraşıq tələb edir.

Çirkin insan yoxdur, gərək özünə baxasan. “Kişidən mazut iyi gələr” deyimi ilə qətiyyən razı deyiləm. Qardaş, niyə mazut iyi gəlməlidir? Mən dünyanın ən bahalı ətirini vururam, məndən ömür boyu mazut iyi gələ bilməz və heç vaxt mazut iyi gələn adamın yanında oturmuram”.

Həmçinin oxuyun

İlham Əliyev taksi sürdü – VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün Bakıya gətirilən TX modelli yeni 100 ədəd …