Çərşənbə , İyun 19 2019
Ana səhifə / Cəmiyyət / “Heç kim millətə xidmət etmək istəmir, hamı çalışır ki, milləti soysun…” – Sabiq millət vəkili

“Heç kim millətə xidmət etmək istəmir, hamı çalışır ki, milləti soysun…” – Sabiq millət vəkili

Dördüncü sinifin “Azərbaycan dili” dərsliyində yer alan “Otuz altı, altı” adlı şeir valideynlərin haqlı qınağına səbəb olub. 
Şeirdə sabah dərsə getməli olan şagird, dərsdən yayınmaq üçün qarnının ağırımasını, temperaturunun qalxmasını arzulayır. Şeiri əməkdaşımıza təqdim edən valideynlər bu kimi şeirlərin şagirdlərin dəsrdən yayınmasına səbəb olacağını bildiriblər. Şeiri təqdim edirik:
Ay uşaqlar, işlərim,
Yaman düşübdü tərsə.
Hazırlaşa bilmədim,
Düzü, sabahkı dərsə. 
 
Barı xəstələnəydim,
Qalxaydı hərarətim.
Qutaraydı canımı,
Sabahkı dərsdən mənim.
 
Təlaşla, həyacanla,
Termometrə baxıram.
Hanı mənim qızdırmam?
Niyə azarlamıram?
 
Qarnım da heç ağrımır,
Sağlamam, nə bəladır? 
Yenə də hərarətim,
Otuz altı, altıdır. 
 
Demək, səhər səkkizdə,
Məktəbə getməliyəm.
Nahara qədər orda,
Gör nələr etməliyəm.
 
Əzizim, canım civə,
Yüksəl, yüksəl bir qədər.
Məktəbdən qalmaq üçün, 
Oruz yeddi bəs edər. 
 
Ah, nə gözəl! Nəhayət!
Otuz yeddi və iki!
Sevincimdən o saat,
Başım gicəlləndi ki…
Məsələylə bağlı tanınmış təhsil eksperti, əməkdar elm xadimi, professor Şahlar Əsgərova müraciət etdik.
Ş.Əsgərov Moderator.az-a açıqlamasında bu kimi şeirlərin dərsliklərə salınmasının biabırçılıq olduğunu dedi:
“Bu bir biabırçılıqdır. Görün məktəblər nə günə düşüb ki, şagird məktəbə getmək istəmir. Uşağın məktəbə getməməsi üçün dərsliklərdən gələn məqsəd daha qüsurludur. Sizə bildirim ki, Avstraliyada məktəblər o qədər gözəldir ki, şagird xəstələndə də məktəbdən qalmaq istəmir. Bizdə isə sağlam uşaq deyir ki, kaş xəstələnib məktəbə getməyəydim. Məktəbi elə bir vəziyyətə gətirmək lazımdır ki, uşaqlar xəstə olanda da dərsdən qalmaq istəməsinlər. Mən çox ümid elədim ki, özəl məktəblər sistemi bu cür quracaqlar. Amma onlar da buna nail ola bilmədilər, çünki ortada pul söhbəti var. Heç kim millətə xidmət etmək istəmir, hamı çalışır ki, milləti soysun. Təhsil nazirliyində “Dərsliyin Məzmununa Nəzarət Komissiyası” yaradılıb, amma istəmirlər bunları aradan qaldırsınlar”.

Həmçinin oxuyun

“Kollec məzunlarının universitetlərə imtahansız qəbulunun bu kimi faydaları var”- Şahlar Əsgərov

Bir müddət öncə  Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ali məktəblərə müsabiqəsiz qəbulun şərtləri müəyyənləşdi. …