Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Cəmiyyət / “Heç bir müsəlman ölkəsində Hacı statuslu şəxs  qumarxanaların fəaliyyətini arzulamaz” – EKSPERT

“Heç bir müsəlman ölkəsində Hacı statuslu şəxs  qumarxanaların fəaliyyətini arzulamaz” – EKSPERT

Azinforum.az-ın məlumatına görə, tanınmış iqtisadçı Vüqar Bayramov iş adamı Hacı İbrahim Nehrəmlinin kazinolarla bağlı təklifinə ikrah hissi ilə yanaşıb. Onun sözlərinə görə, Hacı ststusli bir şəxsin brlə təkliflə çıxış etməsi doğru deyil: “Əminəm ki, nəinki heç bir müsəlman ölkəsində, hətta xristan dövlətində belə Hacı statuslu şəxs ölkəsində kazinoların, yəni qumarxanaların fəaliyyətini arzulamaz. Milyardları ölkəyə kazinolar deyil, qeyri-neft sektorunun inkişafı gətirə bilər. Kazinolarla iqtisadiyyatı inkişaf etdirmək utopiyası artıq çox keçmişdə qaldı. Əks halda kazinolara yaşıl işıq yandıran Türk Kipri, onları qadağan edən və eyni adanı bölüşən Yunan Kiprinə nisbətən daha çox inkişaf edərdi. Azərbaycanda turizmin inkişafı ilə bağlı kompleks tədbirlər həyata keçirilsə, kazinolar bərpa edilmədən də bu sektoru inkişaf etdirmək mümkündür.
Kazinoların fəaliyyətinin bərpa edilməsi “çirkli pullar”ın yuyulmasına gətirib çıxara bilər. Xüsusən də qeyri-qanuni yollarla pul qazanmış şəxslər həmin pullar rəsmiləşdirilən zaman onu məhz kazinoda udduqlarını göstərə bilərlər. Nəzərə alsaq ki, kazinolar bir sıra ölkələrdə həm də ona görə fəaliyyət göstərir ki, qanunsuz və çirkli yollarla qazanılan pulları yumaq mümkün olsun, o zaman bunun yaradacağı əks-effektləri proqnozlaşdırmaq çətin olmazdı. O baxımdan ölkəmizdə kazinoların fəaliyyət göstərməsi turizmin inkişafından daha çox, çirkli pulların yuyulması ilə müşayiət olunacaq. Eyni zamanda, qiymət və keyfiyyətdə Azərbaycanın turzim xidmətlərini üstələyən Gürcüstanda kazinolar fəaliyyət göstərdiyindən bölgədə digər ölkələrin bu sahədə rəqabət qabiliyyətliliyi aşağıdır. Belə oyunlarda maraqlı olan xarici turistin kazino oyunları üçün vizasız Gürcüstana deyil, bahali Azərbaycana gələcəyi ağlabatan deyil”.

Qeyd edək ki, “Avesta Concern”nin rəhbəri, tanınmış iş adamı Hacı İbrahim Nehrəmli millət vəkili Qüdrət Həsənquliyevin Azərbaycanda kazinoların yaradılması ilə bağlı səsləndirdiyi təklifə dəstəkləyib. Onun fikrincə, millət vəkilinin bu təklifi çox ağılı və ölkə iqtisadiyyatı üçün faydalıdır.

 

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …

Bir cavab yazın