Cümə axşamı , İyun 17 2021
Ana səhifə / Cəmiyyət / Hava limanında vəzifəli şəxslər arasında əlbəyaxa dava düşdü

Hava limanında vəzifəli şəxslər arasında əlbəyaxa dava düşdü

Gəncə Hava Limanında vəzifəli şəxslər arasında dava olub.
“Report”un xəbərinə görə, hava limanının Aviasiya Təhlükəsizliyi xidmətinin rəisi Akif Alıyev və Yerüstü xidmət sahəsinin növbətçi rəisi Elcan Babayev əlbəyaxa olublar. Dava zamanı onlar bir-birinə xəsarət yetiriblər.
Hadisə hər iki şəxsin xidmətdə olduğu zaman baş verib.
A.Alıyev və E.Babayev arasında əvvəllər də mübahisə olduğu bildirilir.
İnsidentə polis müdaxilə edib.
Hazırda fakt araşdırılır.

Həmçinin oxuyun

Kəmaləddin Heydərov məhkəməyə verildi

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova məxsus olduğu bildirilən “Gilan Holdinq” MMC məhkəməyə verilib. İddiaçı “Ertok” …