Çərşənbə axşamı , Avqust 9 2022
Ana səhifə / Cəmiyyət / Haram pulla kəsilən qurban qəbul olunurmu? – Açıqlama

Haram pulla kəsilən qurban qəbul olunurmu? – Açıqlama

Sabah Azərbaycanda müqəddəs Qurban bayramı qeyd olunacaq. Bu bayram İslam coğrafiyasının hər yerində təmtəraqla qeyd edilir, imkanlı şəxslər qurban kəsib ehtiyacı olanlara paylayırlar.

Bu bayramda qurban kəsməyin də öz şərtləri, müəyyən kriteriyaları var. Hansı ki, bu kriteriyalara, qoyulan qanunlara alimlər tərəfindən mümkün riayət edilməsi vacib buyurulub. Bunlardan biri də qurbanlıq qoyunun kimlər tərəfindən kəsilməsinin vacibliyidir. İslam qanunlarına görə maddi durumu yaxşı olan, imkanlı şəxs sayıla biləcək insanlara qurban kəsmək vacib buyrulub, maddi durumu zəif olan, kasıb təbəqəyə isə qurban kəsmək vacib sayıla bilməz.

Bəs qeyri-leqal yollarla, rüşvət və qanunsuz üsullarla varlanan şəxslərin kəsdirdiyi qurbanlar Allah qatında qəbuldurmu?

KXCP sədri Mirmahmud Mirəlioğlu  Yenisabah.az-a açqılamasında bu suala aydınləq gətirib:

“Qurban kəsdirən adamın bu qurbanlığa xərclədiyi pulu hardan əldə etməsinin bizə aiddiyyatı yoxdur. Təbii ki, pul özünün olmalıdır, halal olmalıdır, bunları hamı bilir. Bu qurbanlığın əlifbasıdır. Amma pulu var ya yoxdu, ayrı məsələdi, pulu hardan əldə edib, o da ayrı məsələdir və Allahla özü arasındadır, qəbul olub-olmayacağını da Allahdan qeyrisi bilə bilməz“. 

Bəs qurban kəsərkən vacib şərtlərdən biri olan Allahın adı ilə başlama qaydasına düzgün əməl edilməzsə, qurbanı kəsən şəxs Allahın adını düzgün şəkildə çəkə bilməzsə, bu kəsilən qurbanın qəbul olub olmamasına təsir edə bilərmi? Mirəlioğlu bu suala da cavab verib:

“İslamda hər şey üsuluna görə niyyətə bağlıdır. Qurbanı kəsən şəxs və ya qəssab pəltək ola bilər, danışma qüsurlu ola bilər. Bunun qurbanın qəbuluna dəxli yoxdur. Əsas olan kəsərkən ürəyində etdiyi niyyətdir. Burda da biz qurbanın qəbulu barədə heç nə deyə bilmərik, Allah daha dəqiqini bilir. Allah kəsilən qurbanları qəbul eləsin”. 

Həmçinin oxuyun

“Onların bir daha “viloş-ziddoş qarşıdurması” müstəvəsində aşağılanmasına yol verməmək lazımdır”

Ya Hüseyn! Londonda bir qrup başıpozuğun Azərbaycan səfirliyinə basqın zamanı bayrağımıza qarşı etdikləri sayğısızlığa ən …