Çərşənbə axşamı , Noyabr 29 2022
Ana səhifə / Cəmiyyət / “Hansısa ölkəyə siyasi səbəbdən başqa nəyə görə azarkeşlik edəsən axı?!”

“Hansısa ölkəyə siyasi səbəbdən başqa nəyə görə azarkeşlik edəsən axı?!”

“Futbol üzrə dünya çempionatı başladı. Qətərdə. Bəziləri bundan narazıdır. Niyə yayda yox, payızda? Sanki Yer kürə deyil və hamı Avropa fəsilləri ilə yaşamalıdır! Niyə oyunlar tez başlayır? Sanki 2002-ci ildə Yaponiya və Cənubi Koreyada keçirilən mundialda belə deyildi! Ay, nə bilim, Qətər korrupsiya müqabilində çempionatın ev yiyəsi olub! Sanki hansısa idman federasiyasında belə məsələlər nə vaxtsa korrupsiyasız həll olunub. Əsl səbəb islamofobiya və paxıllıqdır! Azərbaycan ərazi baxımdan 7,5 dəfə Qətərdən böyükdür. Əhali sayına görə isə 3,5 dəfə. Amma Qətərin ÜDM-i bizimkindən 2 dəfə çoxdur. Adambaşına göstərici üzrə isə 7 dəfə. Qeyri-neft sektorunun inkişafı baxımdan da bizdən irəlidir. Digər iqtisadi göstəricilərə görə də. “Al Jazeera” kimi dünyada tanınmış telekanalı da var. Bizi isə uzaqbaşı keçmiş SSRİ məkanında “Parni iz Baku” və “Çto? Qde? Koqda?” ilə tanıyırlar…”

Bunu ekspert Əkrəm Həsənov bildirib.

Ə.Həsənov vurğulayıb ki, hüquqi dövlətçilik baxımdan da Qətər Azərbaycandan irəlidir: “Hüquqi dövlət mütləq olaraq demokratiya, açıq-saçıqlıq və s. demək deyil! Hüquqi dövlət ilk növbədə qanunlara riayət etmək və qanun qarşısında hamının bərabər olmasıdır. Oyun qaydalarıdır! Əlbəttə, Qətər futbolçuları ümumən zəifdir (guya biz güclüyük ki?). Amma bir tərəfdən bu, sadəcə, idmandır, oyundur, ciddi bir şey deyil. Məsələnin siyasi aspektinə gəldikdə isə düzdür, mundialda türk ölkələri yoxdur. Lakin 6 müsəlman ölkəsi var. O cümlədən Ermənistanın dostu olan İran və bizə görə Ermənistanla əlaqə qurmayan 3 dövlətdən biri olan Səudiyyə Ərəbistanı. Bununla belə, böyük ehtimalla sonuncuya da ölkəmizdə azarkeşlik edən az olacaq. Elə qeyd etdiyim islamofobiya və paxıllıq səbəbindən. Səbəbini bilmədən hansısa digər ölkəyə (Braziliya, Argentina, İngiltərə, Almaniya, İspaniya, Niderland, Portuqaliya, hətta Fransa və s.) isə azarkeşlik edəcəklər. Niyə səbəbini bilmədən? Çünki hansısa ölkəyə siyasi səbəbdən başqa nəyə görə azarkeşlik edəsən axı?! Yığmaların tərkibi əbədi deyil ki, 15-20 ildən bir dəyişir… Nə isə, paxıl olmayın!..”

Həmçinin oxuyun

Sənubər İsgəndərli: “Qızıma çox qadağa qoyduğuma görə peşmanam” – FOTO

“Məndə insanlara qarşı həmişə məsafə var. Zarafat sevirəm, deyib-gülməyi xoşlayıram. Çalışıram kiminsə qəlbinə dəyməyim, amma …