Cümə , Dekabr 9 2022
Ana səhifə / Cəmiyyət / “Hansı ölkədə Azərbaycandakı qədər hacı, hacıxanım, kərbəlayı, məşhədi var?”

“Hansı ölkədə Azərbaycandakı qədər hacı, hacıxanım, kərbəlayı, məşhədi var?”

“Dövlətin dini icmaların qeydiyyatı məsələsinə qarışması lazımdır. Ona görə lazımdır ki, çox vaxt dini icmalar inanc məsələsinə görə yaradılmır. Onların yaradılma səbəbi bir çox hallarda siyasi məqsədlərdir”.

Bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Onun sözlərinə görə, siyasi məqsədlərlə yaradıldığına görə dini fəaliyyətdən daha çox siyasi fəaliyyətə yönəlirlər.

“Belə bir vəziyyətdə dövlət mütləq nəzarət qoymalıdır ki, başqa ölkələrdə yaşananlar  Azərbaycanda yaşanmasın. Çünki cəhalətin ən acınacaqlı forması dindən gəlir. Lap çoxdandır ki, Azərbaycanda İslam dini bu və ya digər formada yoxdur. Əvvəllər hamı elə bilirdi ki, bu, İrandan gəlir. Xeyr, elə Ərəbistandan, Türkiyədən, İrandan və başqa yerlərdən gələn də eyni cəhalətin, eyni aqressivliyin daşıyıcısıdır. Ona görə də biz onları nəzarətdə saxlamalıyıq. İslam insanın şəxsi əxlaqı, mənəviyyatı ilə bağlı olan bir məsələdir. Çoxu gözə soxmaq üçün bu ibadəti edir. Həmin insanlar yaxınında, çevrəsində olan insanların təqdirini qazanmaq, mömin görünmək üçün belə edirlər. Hansı ölkədə Azərbaycandakı qədər hacı, hacıxanım, kərbəlayi, məşhədi var?! Heç birində! Saxtakar olmayan adam elə öz adı ilə çıxış edər də! Adama deyərlər ki, sənin ibadətinin mənə nə dəxli?! O, sənin fərdi məsələndir. Niyə adının qabağına “hacı”, “hacıxanım” yazdırır? Deməli, problem başqadır. Bu, Allaha göstərmək üçün deyil, cəmiyyətə göstərmək üçündür. Özünü Allaha göstərməyə ehtiyac yoxdur. Onsuz da Allah sənin gerçək inanc sahibi olub-olmadığını bilir. Amma cəmiyyətə göstərməyə başlayanda hoqqabazlıq, saxtakarlıq, dələduzluq özünü büruzə verir. Həm də bütün bunlar artmağa başlayır”, – deyə Fazil Mustafa bildirib.

Həmçinin oxuyun

Aqil Abbasdan yaşlı aktyorların işdən çıxarılmasına etiraz: “Elə tamaşalar qoyulur ki…” — VİDEO

Son vaxtlar yaşlı aktyor və aktrisaların teatrdan kənarlaşdırılması ilə bağlı məsələlər müzakirə mövzusuna çevrilib. Bir …