Ana səhifə / Cəmiyyət / “Halal Nemət, Min Bərəkət”dən süni qiymət artımı – “Manqalüstü”nün qiyməti ” ceyran belində”

“Halal Nemət, Min Bərəkət”dən süni qiymət artımı – “Manqalüstü”nün qiyməti ” ceyran belində”

Azinforum.az xəbər verir ki, “Halal Nemət, Min Bərəkət” brendinə məxsus olan bəzi məhsulların qiymətində kəskin artım müşahidə edilir. Xüsusilə də bu artım heç bir iqtisadi əsaslandırma olmadan edilib. Aprelin əvvəlində cəbhə xəttində gərginliyin artdığı bir dönəmdə bu firmanın istehsalı olan “Manqalüstü” sosisinin bir kilosunda  1 manatdan artıq artım  müşahidə olunur.

Əvvəl kilosu  6 manat 60 qəpiyə satılam “Manqalüstü” sosisi hazırda 7 manat 80 qəpiyə satılır. Marketlər bunun səbəbini istehsalçı firmanın qiyməti qaldırması ilə izah ediblər. Ancaq maraqlıdır ki,  yerli istehsalla məşğul olan firma bu addımı dolları ucuzlaşan vaxtında edib ki. buna da süni qiymət artımından başqa ad vermək olmaz. Xatırladaq ki, ölkə başçısı dəfələrlə çıxışlarında süni qiymət artımına gedənlərin ciddi cəzalandırılmasına dair göstərişlər verib. 

Çinarə SEYİDOVA

AZİNFORUM.AZ

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın