Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Cəmiyyət / Hakimdən anormal qərar və ya şikayətçini kimlər hədələyib?

Hakimdən anormal qərar və ya şikayətçini kimlər hədələyib?

Redaksiyamıza Bakı şəhəri, Binaqədi rayonu, Xutor qəsəbəsi, 1 şimal tingliyi ev 6/6-da yaşayan Allahyarov Yaqub İbad oğlu tərəfindən şikayət məktubu daxil olub.

Şikayətçi Mia.az-a bildirib ki, Binəqədi rayon məhkəməsinin hakimi Elmar Rəhimov 2(001)-800/15 saylı 18 mart 2015-ci il tarixli qətnaməsi ilə onun qanuni haqlarını pozub:

“Hakim məndən 16.143 (on altı min yüz qırx üç) manat məbləğində vəsaitin tutularaq Məhərrəmov Elgün Əliş oğluna verilməsi haqda qərar qəbul dib. Lakin işin halları və ortada olan təkzibolunmaz dəlillər, həmçinin, Abşeron rayon Polis Şöbəsinin apardığı araşdırmalar göstərir ki, hakim tamamilə yanlış qərar verib. Belə ki, mən qanunvericiliyin tələbinə uyğun olaraq, mənzilin dəyərini hissə-hissə tam şəkildə ödəmiş, həmin vəsait iş üzrə digər cavabdeh Mustafayev Sahib Cavad oğlu tərəfindən qəbul edilmişdir. Cavabdeh bu  faktı məhkəmə iclasında etiraf etmiş, pul vəsaitinin onun tərəfindən alınmasına dair müvafiq qəbz də vermişdir. Göstərilən xüsusatlar məhkəməyə təqdim edilib.

Göründüyü kimi iddiaçının tələb etdiyi pul vəsaiti məndə deyil, digər cavabdehMustafayev Sahib Cavad oğlunda qalmış və o, həmin pul həcmində “İlin dörd fəsli” MMC-nə müvafiq işlər görməli olduğu halda, o, bunu etməmiş, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir.

Belə olan halda, tələb olunan pul vəsaiti məndən yox, digər cavabdeh Mustafayev Sahib Cavad oğlundan tutulmalı idi. Lakin, birinci instansiya məhkəməsi, bu halı nəzərə almamış, iş üzrə səhv nəticəyə gəlinmişdir”.

Y.Allahyarovun təqdim etdiyi sənədlərdən görünür ki, polis və prokurorluqda da Sahib Mustafayev izahat verərək, pulu özünün aldığını etiraf edib:

“Diqqətə çatdırım ki, 2011-ci ilin may ayından tanıdığım, hazırki iş üzrə cavabdeh Mustafayev Sahib Cəlal oğlu podradçı şirkət kimi Abşeron rayonu, Masazır qəsəbəsi, “Yeni Bakı” yaşayış kompleksində işləyib. Sahib həmin yaşayış kompleksində binaların girişlərini öz briqadası ilə təmir etdiyi üçün ona pulun müqavilində yaşayış kompleksinin rəhbərliyi binalarda ona mənzil verib. Sahib də öz növbəsində həmin mənzilləri satıb ustaların pullarını ödəyirdi. 2011-ci ilin avqust ayında Sahibə həmin yaşayış kompleksinin “A” və “B” blokunda gördüyü işinin müqabilində sahələri 69 və 70 kv.metr olan mənzillər verilib. Sahib həmin mənzillərin tez satılması üçün kompleksin satış qiymətindən hər bir kv.metrini 20 manat ucuz satacağını və pulunun hissə-hissə ödənilməsinə də razı olduğunu bildirdikdən sonra, mən, bu barədə qardaşıma danışmışdım. Qardaşım da mənizil almaq istəyən dostu Elgünə bu barədə demiş, Elgün bu təklifi qəbul etmişdir. Bundan sonra “İlin dörd fəsli” MMC ilə kompleksinin “B” bolkunda 34-cü mənzilə dair Elgünün adına müqavilə bağlanıb.

Tərəflər arasındakı razılaşmaya əsasən alıcılar pulları Sahibə verməli, Sahib isə həmin puldan işçilərin maaşlarını ödəməli, kompleksin sahibləri isə Sahibin işinin qiyməti müqabilində həmin pulları hesablayaraq mənzilin ödənişi kimi Sahibə qəbz verilməli idi. Alıcılar mənim tanışlarım olduğu üçün mənzillərin pullarını onlar tədricən mənə vermiş, mən də həmin pulları Sahibə vermişəm. Sahib məndən mənzillərin pulunun tam şəkildə almasına dair müvafiq qəbz də verib. Hətta onunla birgə işləmədiyim dövrdə də pulunu hissə-hissə ona vermişəm. O da bunu polis və prokurorluqda mənim şikayətlərim əsasında aparılan istintaqda etiraf edib. İzahatlar verib. Ancaq hakim Elmar müəllim prosesin son iclasında birdən-birə Sahibi ortadan çıxaraq, borcu mənim üzərimə “yüklədi”. Bu tamami ilə ədalətsiz bir qərardı. Belə çıxır ki, pulu alıb, yeyən kef eləməlidir, mən onun yerinə pul ödəməliyəm? Bu hansı ədalətdir?”.

Şikayətçi deyir ki, vəziyyəti belə gördükdən sonra o da Sahibə qarşı iddia qaldırıb və Nərimanov rayon məhkəməsində qalib gəlib: “Nərimanov rayon məhkəməsinin qərarına görə Sahib mənə 19250 manat pul verməlidir. İndi mənə aydın deyil, Binəqədinin hakimi bu qərardan sonra özünə necə haqq qazandıracaq”.

Yaqub Allahyarov deyir ki, Elmar Rəhimovun qərarına qarşı sonadək mübarizə aparacaq: “Çox maraqlıdır ki, məhkəmə qarşı tərəfin, yəni Masallı sakini Elgün və onun yaxın ətrafının məni kriminal qruplarla hədələmələrinə də məhəl qoymayıb. O adamların və məhkəmənin nədən Sahibi ortadan çıxarmaları və məni haqsız yerə hədəfə almaları ortaya çox ciddi şübhələr çıxarıb. Mən həm bu, həm də mənə kriminal qruplarla hədələyənlərə qarşı ölçü götürülməsi məqsədiylə Daxili İşlər Nazirliyinə də şikayət hazırlayıram!”.

Şikayətçi sonda prezident İlham Əliyevdən, nazir Fikrət Məmmədovdan və Ali Məhkəmənin sədri Ramiz Rzayevdən bu ədalətsizliyin araşıdrılmasına köməklik göstərmələrini xahiş edib.

 

 

Həmçinin oxuyun

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı Abel Məhərrəmovun …

Bir cavab yazın