Çərşənbə , Aprel 21 2021
Ana səhifə / Cəmiyyət / “Hafka”ya yaxınlığı ilə bilinən 32 yaşlı iş adamını məhkəməyə verdilər

“Hafka”ya yaxınlığı ilə bilinən 32 yaşlı iş adamını məhkəməyə verdilər

İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti “KSM Property” barəsində məhkəmə iddiası qaldırıb.

Məhkəmə iddiasını Bakı Kommersiya Məhkəməsinin hakimi Zeynəb Axundova araşdıracaq.

Məlumat üçün bildirək ki, Dövlət Vergi Xidmətinin açıqladığı məlumata görə “KSM Property” MMC hazırda dövlət büdcəsinə böyük həcmdə – 60 min 648 manat 79 qəpik vergi borcu var.

“KSM Property” MMC 30.12.2012-ci ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Nərimanov rayonu, Ak. Həsən Əliyev, ev 24-də yerləşən MMC-nin nizamnamı kapitalı 50 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi İsmixanov Eldar Rasim oğludur.

Məlumat üçün bildirək ki, İsmixanov Eldar Rasim oğlu eyni zamanda 2012-ci ildə təsis olunan “Candy Baku” MMC-nin də qanuni təmsilçisidir. Mətbuatda yer alan məlumatlarda qeyd olunur ki, “Candy Baku” MMC “Hafka” ləqəbilə tanınan məşhur iş adamı Hafiz Məmmədovun oğlanlarına məxsus “KSM Şirkətlər Qrupu”na daxil olub. 2016-cı ildə aralarında “Candy Baku” MMC-nin də olduğu 30 şirkət ləvğ olunaraq 2012-ci ildə təsis olunan və “KSM Property” MMC ilə ilə eyni ünvanda yerləşən daha bir şirkətə “Ram-Nur” MMC-yə birləşiblər.(yeniavaz.com)

Həmçinin oxuyun

Peyvənd olunmayanları cəza gözləyir? – Açıqlama

“Vaksinasiya insanların könüllü və şüurlu şəkildə, öz sağlamlığına münasibətini göstərən tibbi addımlardan biridir. Vaksinasiyanı hansısa …